Deputatdan şəhid ailələri ilə bağlı TƏKLİF
11 Noyabr 2026, 13:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
89
11.11.2026, 14:13
2027-ci ildə Azərbaycanda böyük sosial paket həyata keçiriləcək.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib: "Hökumət tərəfindən hazırlanan layihələr yekun versiyada dövlət başçısına təqdim edildikdən və müvafiq fərmanlar imzalandıqdan sonra həmin vəsaitlərin müvafiq maddələr üzrə bölgüsü aparılacaq və o rəqəmləri də hər birimiz görəcəyik".
Nazir qeyd edib ki, əhalinin rifahının, xüsusilə pensiyaçıların rifahının qorunması üçün ölkədə hər il pensiyaların indeksasiyası həyata keçirilir: "Bu indeksasiya əvvəlki il üzrə orta əməkhaqqının artım məbləğinə uyğun şəkildə həyata keçirilir. Son beş ildə indeksasiyalar orta hesabla 9 % ətrafında olub. Nəzərə alsaq ki, cari ildə bizim inflyasiya gözləntimiz və faktiki göstəricimiz artıq 5,6 %-dir, 10 aylıq göstərici əsasında gələn il üçün proqnozumuz isə 5,3 %-dir. Həmçinin pensiya indeksasiyasının ənənəvi olaraq son illərin göstəriciləri və cari ilin 10 ayında orta əməkhaqqı artımı nəzərə alınmaqla hesablandığını nəzərə alsaq, düşünürük ki, bu indeksasiya yenə də inflyasiyadan yüksək olacaq və əhalinin gəlirləri artacaq".
S. Babayev vurğulayıb ki, rəqəmin bu gün səsləndirilə bilməməsinin səbəbi göstəricinin 12 aylıq orta əməkhaqqı artımına uyğun müəyyən edilməsidir: "Biz isə orta illik artım rəqəmini yanvar ayının sonunda, yəni 12 aylıq göstərici formalaşdıqdan sonra biləcəyik. Amma cari dövr üzrə artım, səhv etmirəmsə, 7-8 % ətrafındadır. Növbəti iki ayın göstəricilərini də faktiki olaraq görəcəyik və müvafiq indeksasiya ilə pensiyaçılarımızın gəlirlərinin real artımını təmin edə biləcəyik. Yəni həm inflyasiyaya, həm də digər faktorlara qarşı".
13:58 / 11 Noyabr 2026
75
13:54 / 11 Noyabr 2026
315
13:48 / 11 Noyabr 2026
89
13:44 / 11 Noyabr 2026
129
13:41 / 11 Noyabr 2026
72
13:33 / 11 Noyabr 2026
192
13:27 / 11 Noyabr 2026
118
13:19 / 11 Noyabr 2026
77
13:13 / 11 Noyabr 2026
87
12:57 / 11 Noyabr 2026
138
12:54 / 11 Noyabr 2026
143
12:48 / 11 Noyabr 2026
107
12:44 / 11 Noyabr 2026
161
12:35 / 11 Noyabr 2026
271
12:32 / 11 Noyabr 2026
114
12:29 / 11 Noyabr 2026
95
12:24 / 11 Noyabr 2026
757
12:19 / 11 Noyabr 2026
556
12:15 / 11 Noyabr 2026
113
12:09 / 11 Noyabr 2026
103
11:57 / 11 Noyabr 2026
786
11:50 / 11 Noyabr 2026
176
11:49 / 11 Noyabr 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.