Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə xəbərdarlıq!İyunun 7-si günün ikinci yarısından...

Əhaliyə xəbərdarlıq!İyunun 7-si günün ikinci yarısından...

REDAKTORUN SEÇİMİ

1122

06.06.2024, 17:00

Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

 

Azərbaycanda üç xanım yüksək vəzifəyə təyin edilib

Müəllimlərin yaş həddi ilə bağlı vacib AÇIQLAMA

Canlı yayımda qıza hücum etdi - VİDEO