Qaynar xətt:

(+99450) 247 90 86

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

CƏMİYYƏT

201

10.09.2026, 21:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlarda ölkəmizdə təqdim olunan yeni dizaymlı 100 manatlıq pul nişanlarının tədavülə buraxılması ticarət sektorunda müəyyən müzakirələrə səbəb olub. Belə ki, yeni əskinasların bəzi mağazalar və xidmət obyektləri tərəfindən dərhal tanınmaması vətəndaşlar tərəfindən narahatlıqla qarşılanır. Bəzi satıcılar həmin pulların saxta ola biləcəyindən ehtiyat edərək onları qəbul etməkdə tərəddüd edirlər. Bu cür hallar isə təbii olaraq gündəlik nağd ödənişlərdə müəyyən süni əngəllər və anlaşılmazlıqlar yaradır. Vətəndaşların haqlı narazılığına səbəb olan bu problemin əsas kökləri dərindən araşdırılmalıdır. Bəs yeni əskinasların bəzi satıcılar tərəfindən tanınmaması nədən qaynaqlanır və bu hal ümumi nağd ödənişlərə necə təsir göstərə bilər? Məsələ ilə bağlı suallarımızı cavablandıran tanınmış iqtisadçı Xalid Kərimli mövzuya aydınlıq gətirib.

İqtisadçı Xalid Kərimli Oxu24.com-a  bildirib ki, əgər hər hansı bir satıcı yeni vəsaiti tanımırsa və ya onun etibarlılığına şübhə ilə yanaşırsa, pulların saxtalığını müəyyənləşdirə biləcək xüsusi detektor aparatları mövcuddur:

“Yeni əskinaslar dövriyyəyə buraxıldıqda həmin detektorların və pul sayan, yoxlayan aparatların proqram təminatı da yenilənməli və müvafiq xidmət təşkil olunmalıdır. Nağd pul əməliyyatları həyata keçirən satıcının birbaşa borcudur ki, ödənişi alıcının tələb etdiyi formada (istər nağd, istərsə də pos-terminal və ya kartla) həyata keçirsin”.

Onun sözlərinə görə, kartdan-karta əməliyyatlar alqı-satqı prosesində düzgün yerinə yetirilməli, ya nağd verilib qəbz alınmalı, ya da pos-terminaldan ödəniş edilərək qəbzi təmin edilməlidir.

Xalid Kərimli qeyd edib ki, satıcının əsas borcu odur ki, alıcının seçdiyi ödəniş üsulunu təmin etsin və alıcının bu prosesdə tələb etdiyi formanı qəbul etməyə borcludur. 

İqtisadçı qanuni tərəfdən vurğulayıb ki, satıcı alıcının ödəniş zamanı seçdiyi alış üsulunu qəbul etməyə borcludur və burada hər hansı bir şübhə yarandıqda onun aradan qaldırılması üçün texniki vasitələr mövcuddur:

“Əgər şəxs bu ticarət işinə baş qoşubsa və alqı-satqı etmək istəyirsə, həmin detektorları, pul yoxlayan vəsaitləri alıb özünün riskini sığortalaya bilər. Bütün bunlara baxmayaraq, satıcının vəsaitin qəbulundan imtina etmək kimi hüququ yoxdur”.

Çimnaz Telmanqızı

Alman Kəşfiyyatı ətrafında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası: Bu sifarişli saxtakarlığın arxasında kimlər dayanır?  

23:27 / 08 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Alman Kəşfiyyatı ətrafında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası: Bu sifarişli saxtakarlığın arxasında kimlər dayanır?  

171

0
Hamiləliyə görə müavinət necə hesablanacaq? – YENİ QAYDANIN BÜTÜN DETALLARI  

23:13 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hamiləliyə görə müavinət necə hesablanacaq? – YENİ QAYDANIN BÜTÜN DETALLARI  

198

0
Göyərçinlər dişləri olmadan sərt toxumları necə parçalayır? – Maraqlı üsul  

23:10 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Göyərçinlər dişləri olmadan sərt toxumları necə parçalayır? – Maraqlı üsul  

167

0
Pensiyaçılara kommunal dəstək GƏLİR? – Bu, hökumətin atdığı ən gözəl addım ola bilər  

23:03 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Pensiyaçılara kommunal dəstək GƏLİR? – Bu, hökumətin atdığı ən gözəl addım ola bilər  

277

1
Murad dünya üçüncüsü oldu

23:01 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Murad dünya üçüncüsü oldu

236

0
Dövlət işçilərinin maaş və mükafatları ilə bağlı YENİ QAYDA: Hədlər müəyyənləşdi

22:50 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Dövlət işçilərinin maaş və mükafatları ilə bağlı YENİ QAYDA: Hədlər müəyyənləşdi

738

0
Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır

22:41 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır

110

0
Türkmənistan səhnəsində "Azərbaycanım" mahnısı səsləndi (VİDEO)  

22:19 / 08 Oktyabr 2026

DÜNYA DÜNYA

Türkmənistan səhnəsində "Azərbaycanım" mahnısı səsləndi (VİDEO)  

100

0
Azərbaycanda İctimai Birlik sədri həbs edildi

22:06 / 08 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda İctimai Birlik sədri həbs edildi

153

0
İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO  

21:58 / 08 Oktyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO  

124

0
“Həmin tarixədək İrana hücum etməyəcəyik” 

21:53 / 08 Oktyabr 2026

DÜNYA DÜNYA

“Həmin tarixədək İrana hücum etməyəcəyik” 

106

0
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

21:36 / 08 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

119

0