Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
294
10.09.2026, 20:15
Xərçəng xəstəliklərində erkən diaqnostika və düzgün müalicə taktikasının seçilməsi müalicənin nəticələri baxımından mühüm əhəmiyyət daşıyır. Şişin digər orqanlara, o cümlədən ağciyərə metastaz verməsi isə pasiyentlərdə ciddi narahatlıq yaradan əsas hallardan biridir. Lakin ağciyərdə metastazın aşkarlanması bütün hallarda müalicə imkanlarının tükənməsi anlamına gəlmir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı torakal cərrah Op. Dr. Fəyyaz Məmmədov açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, onkoloji xəstəlik zamanı şişin ağciyərə metastaz verməsi mümkündür. Belə hallarda ilk növbədə xəstənin ümumi vəziyyəti və xəstəliyin yayılma dərəcəsi ətraflı qiymətləndirilməlidir.
Həkim bildirib ki, pasiyentin bütün orqanlarının müayinədən keçirilməsi və metastazların yalnız ağciyərlə məhdudlaşıb-məhdudlaşmadığının müəyyənləşdirilməsi vacibdir.
Torakal cərrah qeyd edib ki, əgər ağciyərdə tək və ya məhdud sayda metastaz varsa və xəstəliyin digər orqanlara yayılması müəyyən edilməyibsə, cərrahi müdaxilə variantı nəzərdən keçirilə bilər:
“Belə hallarda metastatik törəmələrin cərrahi yolla xaric edilməsi müalicə strategiyasının bir hissəsi ola bilər. Əməliyyat qərarı isə metastazların sayı, ölçüsü, yerləşməsi və pasiyentin ümumi vəziyyəti nəzərə alınmaqla fərdi şəkildə verilir”.
Mütəxəssis bəzi hallarda törəmənin böyük ölçüdə və ya mürəkkəb nahiyədə yerləşə bildiyini də diqqətə çatdırıb. Belə vəziyyətlərdə sitoreduktiv, yəni şiş kütləsinin mümkün qədər azaldılmasına yönəlmiş əməliyyat tətbiq oluna bilər:
“Bundan sonra aparılan digər müalicə üsulları, o cümlədən kimyaterapiya daha effektiv nəticə verə bilər”.
Mütəxəssis vurğulayıb ki, ağciyərə metastaz aşkarlanması avtomatik olaraq cərrahi müdaxilənin mümkün olmadığı anlamına gəlmir. Əgər xəstəliyin digər orqanlara geniş yayılması yoxdursa və ağciyərdəki metastazların cərrahi yolla tam xaric edilməsi mümkündürsə, əməliyyat ehtimalı mütləq qiymətləndirilməlidir.
Bununla belə, müalicə taktikası hər pasiyent üçün fərdi müəyyənləşdirilməli və onkoloq, torakal cərrah və digər mütəxəssislərin birgə qərarı əsasında seçilməlidir.
Jalə
13:05 / 10 Noyabr 2026
1
13:00 / 10 Noyabr 2026
14
12:37 / 10 Noyabr 2026
104
12:31 / 10 Noyabr 2026
65
12:21 / 10 Noyabr 2026
213
12:18 / 10 Noyabr 2026
79
12:04 / 10 Noyabr 2026
102
12:00 / 10 Noyabr 2026
246
11:45 / 10 Noyabr 2026
1613
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
106
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
190
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
123
10:39 / 10 Noyabr 2026
863
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
172
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1332
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.