Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI
10 Sentyabr 2026, 21:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
30
10.09.2026, 21:30
Şəkidə yerləşən populyar istirahət mərkəzində baş verən dəhşətli kanat qəzası ölkə ictimaiyyətində böyük rezonans doğurub və təhlükəsizlik məsələlərini yenidən gündəmin əsas müzakirə obyektinə çevirib. İlkin məlumatlara görə, faciə nəticəsində iki nəfər həyatını itirib ki, bu da dərhal hüquqi müstəvidə ciddi suallar doğurub. Hadisə yerində hüquq-mühafizə orqanları, xüsusilə Şəki Rayon Prokurorluğu tərəfindən dərhal araşdırmalara başlanılıb. İnsanların ölümü ilə nəticələnən bu cür texniki qəzalarda günahkar və ya məsul şəxslərin dairəsinin necə müəyyənləşdiriləcəyi hər kəsi maraqlandırır.
Mövzunun hüquqi tərəflərini aydınlaşdırmaq üçün vəkil Toğrul Məmmədli Oxu24.com saytına açıqlama verib. Vəkil baş verən hadisənin həm əmək münasibətləri, həm də Cinayət Məcəlləsi müstəvisində hansı ağır nəticələr doğra biləcəyini detallı şəkildə izah edib.
Toğrul Məmmədli bildirib ki, belə obyektlərdə təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət yalnız kanatı idarə edən işçinin deyil, obyektin fəaliyyətinə və istismarına cavabdeh olan şəxslərin üzərinə düşə bilər:
“Burada istirahət mərkəzinin rəhbərliyinin, kanat qurğusunun texniki istismarına, texniki baxışına və təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxslərin və konkret olaraq həmin vəzifələrin kimə həvalə edildiyinin müəyyənləşdirilməsi vacibdir.
Qanunvericilik texniki təhlükəsizlik tələblərinə riayət edilməsinə daxili nəzarətin təşkil edilməsini də obyektin istismarını həyata keçirən şəxslərin vəzifəsi kimi müəyyən edir. Qəzanın səbəblərinin texniki baxımdan araşdırılması da xüsusi əhəmiyyət daşıyır”.
Vəkilin sözlərinə görə, əgər araşdırma nəticəsində müəyyən edilərsə ki, konkret vəzifəli şəxs texniki təhlükəsizlik və ya ona həvalə edilmiş digər təhlükəsizlik qaydalarını pozub və bu pozuntu nəticəsində insanların ölümü baş verib, həmin şəxsin cinayət məsuliyyəti məsələsi yarana bilər:
“Burada Cinayət Məcəlləsinin 162-ci maddəsi xüsusi əhəmiyyət daşıya bilər. Həmin maddə texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsini cinayət məsuliyyəti ilə əlaqələndirir. İki və daha çox şəxsin ölümü isə daha ağır hüquqi nəticə yaradır.
162.3. Bu Məcəllənin 162.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Digər tərəfdən vəkil qeyd edib ki, əgər məsələ konkret vəzifəli şəxsin öz xidməti vəzifəsinə laqeyd və ya vicdansız münasibəti nəticəsində vəzifələrini yerinə yetirməməsi və bunun ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması kimi qiymətləndirilərsə, Cinayət Məcəlləsinin 314.3-cü maddəsi – səhlənkarlıq da gündəmə gələ bilər. Bu halda qanunda üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur:
“314.3. Bu Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Amma burada vacib məqam ondan ibarətdir ki, qəzanın baş verməsi avtomatik olaraq obyekt rəhbərinin və ya hansısa əməkdaşın cinayət təqsirini yaratmır. Cinayət məsuliyyəti üçün konkret şəxsin hansı vəzifəni daşıdığı, hansı təhlükəsizlik tələbini pozduğu və həmin pozuntu ilə iki şəxsin ölümü arasında birbaşa səbəbli əlaqənin olduğu sübut edilməlidir.
Ona görə də bu işdə texniki ekspertizanın nəticələri xüsusi əhəmiyyət daşıyacaq”.
Son olaraq o əlavə edib ki, araşdırmanın nəticəsində cinayət məcəlləsinin digər maddəsinin və ya maddələrinin tərkibi yarana bilər. Ən dəqiqi istintaqın sonunu gözləməkdir.
Çimnaz Telmanqızı
21:35 / 10 Sentyabr 2026
1
21:27 / 10 Sentyabr 2026
20
21:20 / 10 Sentyabr 2026
30
21:16 / 10 Sentyabr 2026
30
21:15 / 10 Sentyabr 2026
28
21:06 / 10 Sentyabr 2026
44
20:51 / 10 Sentyabr 2026
60
20:50 / 10 Sentyabr 2026
44
20:40 / 10 Sentyabr 2026
48
20:38 / 10 Sentyabr 2026
365
20:27 / 10 Sentyabr 2026
50
20:22 / 10 Sentyabr 2026
56
20:15 / 10 Sentyabr 2026
51
20:11 / 10 Sentyabr 2026
50
20:07 / 10 Sentyabr 2026
63
20:03 / 10 Sentyabr 2026
50
19:55 / 10 Sentyabr 2026
53
19:35 / 10 Sentyabr 2026
55
19:06 / 10 Sentyabr 2026
191
18:57 / 10 Sentyabr 2026
387
18:53 / 10 Sentyabr 2026
59
18:47 / 10 Sentyabr 2026
798
18:45 / 10 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.