Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
10 Noyabr 2026, 05:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
369
10.09.2026, 23:03
ABŞ Prezidenti Donald Trampın 3 noyabr aralıq konqres seçkilərində Respublikaçılar qalib gələrsə, hər yetkin amerikalıya 5000 dollar ödəmək vədi ictimai müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki,Trampın siyasətini tənqid edən liberal media orqanları iddia edirlər ki, belə bir addım həyata keçirilərsə, 1,2 trilyon dollardan çox əlavə büdcə kəsirinə səbəb olacaq və iqtisadiyyata zərər verəcək.
Bəzi analitiklər belə bir iqtisadi vədin "seçki rüşvətxorluğu"na bərabər olacağını və hüquqi cəhətdən şübhəli olduğunu bildiriblər.
Sosial mediada müzakirələrdə bir çox istifadəçi Trampın vədinin qeyri-real və qanunsuz olduğunu açıqlayıb, bəziləri isə tətbiq olunarsa, orta statistik amerikalı üçün əhəmiyyətli iqtisadi fayda verəcəyini düşünür.
Trampın Trilyon Dollarlıq Ödəniş Planı
ABŞ Prezidenti Tramp dünən Texasda keçirilən Respublikaçıların Milli Konqresində Respublikaçılar Nümayəndələr Palatası və Senat seçkilərində qalib gələrsə, hər yetkinə 5000 dollar ödəyəcəklərini açıqladı.
ABŞ mediasında yer alan xəbərlərə görə, 245 milyon yetkinin olduğu ABŞ-da təxminən 1,2 trilyon dollara bərabər olacaq bu ödənişin qanuni olub-olmadığı bəlli deyil.
Ənənəvi olaraq prezident seçkiləri ilində keçirilən və partiyaların prezidentliyə namizədlərini rəsmi olaraq elan etdiyi milli partiya konqresləri Amerika siyasi sistemində mühüm yer tutur.
Trampın iyun ayında etdiyi çağırışdan sonra ara seçkilərdən əvvəl keçirilməsi qərara alınan Respublikaçıların Milli Konqresi bu baxımdan bir ilkdir.
ABŞ Prezidenti bildirir ki, bu konqres ara seçkilərdən əvvəl Respublikaçıların bazasını möhkəmləndirmək üçün çox vacibdir.
Nigar
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.