Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib
10 Noyabr 2026, 09:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
335
10.09.2026, 20:51
Azərbaycanda ali təhsil müəssisələrində müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi və qəbul mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr səngimir. Son illərdə pedaqoji ixtisasların sayının optimallaşdırılması və bu sahəyə qəbulun tamamilə dövlət sifarişi əsasında həyata keçirilməsi təklifləri cəmiyyətdə geniş əks-səda doğurub. Ekspertlər hesab edirlər ki, mövcud kəmiyyət yanaşmasından imtina edilməsi və ciddi süzgəc mexanizminin tətbiqi müəllimlik peşəsinin nüfuzunu əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, bu dəyişiklik əmək bazarının real tələbatına uyğun peşəkar kadrların hazırlanmasına şərait yaradacaq. Bəs görəsən, pedaqoji ixtisasların sayının azaldılması və dövlət sifarişinin əsas götürülməsi müəllim hazırlığının keyfiyyətinə realda necə təsir edər?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran təhsil eksperti Şəmsi Qoca bildirib ki, pedaqoji ixtisasların sayının azaldılması və qəbulun yalnız dövlət sifarişi əsasında həyata keçirilməsi müəllim hazırlığının keyfiyyətini köklü şəkildə yüksəldən əsas amilə çevrilər:
"Bu yanaşma, ilk növbədə, müəllimlik peşəsinə giriş xəttində ciddi bir süzgəc yaradaraq bu sahəyə təsadüfi, aşağı ballı abituriyentlərin axınının qarşısını alar. Yalnız yüksək akademik göstəricilərə və real motivasiyaya malik gənclərin ödənişsiz əsaslarla təhsil alması peşənin cəmiyyətdəki prestijini bərpa edər və müəllimliyi arxa plana atılan deyil, xüsusi canatılan nüfuzlu bir sahəyə çevirər”.
Eyni zamanda ekspert qeyd edib ki, universitetlərdə tələbə sayının optimal şəkildə azaldılması ali təhsil müəssisələrinə kəmiyyət arxasınca qaçmaq əvəzinə, bilavasitə kadrın dərinləşməsinə fokuslanmaq imkanı verər.
Onun sözlərinə görə, müəllim-tələbə nisbətinin tənzimlənməsi pedaqoji təcrübələrin, fərdi mentorluq sisteminin və praktiki məşğələlərin daha effektiv təşkilinə şərait yaradar:
“Ən başlıcası isə bu model dövlətin əmək bazarındakı real kadr ehtiyacını dəqiq planlaşdırmasına imkan verər. Nəticədə ehtiyacdan artıq müəllim hazırlanmasının və diplomlu işsizlər ordusunun yaranmasının qarşısı alınar, sistemə az sayda, lakin tam formalaşmış, yüksək ixtisaslı və peşəkar mütəxəssislər daxil olar".
Çimnaz Telmanqızı
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.