Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR
10 Sentyabr 2026, 21:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10
10.09.2026, 21:15
Azərbaycanın malik olduğu əlverişli coğrafi mövqe və son illərdə uğurla reallaşdırdığı müasir nəqliyyat infrastrukturu ölkəmizi Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas tranzit mərkəzlərindən birinə çevirmişdir. Xüsusilə qlobal ticarət yollarının şaxələndiyi və yükdaşımaların həcminin durmadan artdığı indiki dövrdə respublikamızın strateji əhəmiyyəti daha da yüksəlir. Bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr və regional əməkdaşlıq formatları Azərbaycanın rolunu sadəcə ötrücü deyil, həm də təşəbbüskar mərkəz kimi gücləndirir. Mövcud logistik imkanların gələcək çağırışlara cavab verməsi üçün infrastrukturun fasiləsiz olaraq yenilənməsi və rəqəmsallaşdırılması zəruridir. Məsələ ilə bağlı politoloq Natiq Miri Oxu24.com-a ətraflı açıqlama verib.
Politoloq Natiq Miri: "Yüklərin miqyası həm şərqdən qərbə, həm də qərbdən şərqə artacaq"
Mövzu ilə əlaqədar fikirlərini bölüşən politoloq Natiq Miri bildirib ki, mövcud yüklərin daşınması fonunda indiki imkanlar hələlik yetərlidir:
”Yüklərin boşaldılması, yüklənməsi və daşınması fonunda mövcud imkanlar hazırda yetərlidir, lakin sabah perspektivdə bu, yetərli olmayacaq. Yüklərin miqyası həm Şərqdən Qərbə, həm də Qərbdən Şərqə artacaq, hətta bu həcmin 15 milyon tona qədər artacağı proqnozlaşdırılır. Limanlarda gəmilərin sahilə yaxınlaşması üçün dənizin dərinliyinə ehtiyac var ki, Xəzər dənizinin getdikcə dayazlaşması fonunda müəyyən məhdudiyyətlər yaranır. Dənizin dibinin dərinləşdirilməsi ilə bağlı işlərin görülməsi də planlaşdırılır, rəqəmsallaşdırma və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində addımlar atılır.
Azərbaycan bu məsuliyyəti hiss etdiyi üçün açıq şəkildə bəyan edir və Şərqlə Qərbin birləşdiyi nöqtədə əsas körpü rolunu oynayacaq mərkəz ölkə kimi hazırlıqlar görür”.
Nəqliyyat kommunikasiya sistemlərində əsas məsələnin logistika və yüklərin qəbul olunub sürətlə daşınmasından ibarət olduğunu vurğulayan politoloq qeyd edib ki, ticarətdə zaman amili çox önəmlidir:
”Proses nə qədər tez həyata keçirilərsə, bu, həm zamanın qənaət olunmasına, həm də dəyərin və qiymətlərin aşağı düşməsinə səbəb olur. Orta dəhliz yeganə nəqliyyat kommunikasiya sistemi deyil, məsələn, bu gün Çindən Qırğızıstana və Qazaxıstana dəmir yolu xətləri çəkilir ki, bunlar da alternativ yollardır.
Azərbaycan öz cəlbediciliyini saxlamaq üçün bütün nəqliyyat-logistika istiqamətində infrastrukturları, gömrük idarəetmə məsələlərini və rəqəmsallaşmanı inkişaf etdirməlidir.
Ləngimədən və bürokratik əngəllərdən danışmaq mümkün deyil, əks təqdirdə yükləri ölkə üzərindən daşımağın heç kimə marağı olmaz. Heç bir tərəfdaş ölkə yalnız bir nəqliyyat xəttindən asılı qalmaq istəmir, ona görə də paralel alternativlər yaradılır”.
Natiq Miri qeyd edib ki, Azərbaycan bütün ətraf dövlətlərlə, o cümlədən Cənubi Qafqazda, Türküstanda, əsas ticarət tərəfdaşı olan Çində, Avropa Birliyi ölkələri, İranda və hətta Rusiyada münasibətləri yüksək səviyyədə saxlamaq məcburiyyətindədir:
”Münasibətlərin yüksək səviyyədə qorunması vacibdir, çünki münaqişələrin olduğu coğrafiyalarda heç kim öz ticarətini riskə atmaq istəmir və bunlar potensial təhlükələr vəd edir. Bu cür müharibələr nəticəsində bir çox nəqliyyat və ticarət dəhlizləri ciddi məhdudiyyətlərlə üz-üzə qalır ki, bu da qlobal iqtisadi böhrana, neft-qaz qiymətlərinin sürətlə artmasına və yanacaq qıtlığına səbəb olur”.
Politoloq yekunda əlavə edib ki, bütün bu məsələləri kompleks şəkildə düşünmək lazımdır ki, bütün tərəfdaş ölkələr və maraqlı tərəflər nəqliyyat kommunikasiyasından rahatlıq ilə istifadə edə bilsinlər. Bu cür yanaşma daşınan yüklərin miqyasını artırmaqla yanaşı, hər bir ölkəyə, xüsusilə körpü rolunu oynayan Azərbaycana böyük üstünlüklər qazandırar. Eyni zamanda, bütün bu tədbirlər ölkəmizin geosiyasi və geostrateji əhəmiyyətini qlobal səviyyədə artıracaqdır, buna görə də Azərbaycan xarici siyasət baxımından çox aktiv olmalı və problemləri həll etməklə tənzimləməlidir.
Çimnaz Telmanqızı
21:16 / 10 Sentyabr 2026
1
21:06 / 10 Sentyabr 2026
27
20:51 / 10 Sentyabr 2026
39
20:50 / 10 Sentyabr 2026
37
20:40 / 10 Sentyabr 2026
46
20:38 / 10 Sentyabr 2026
288
20:27 / 10 Sentyabr 2026
46
20:22 / 10 Sentyabr 2026
54
20:15 / 10 Sentyabr 2026
49
20:11 / 10 Sentyabr 2026
49
20:07 / 10 Sentyabr 2026
59
20:03 / 10 Sentyabr 2026
50
19:55 / 10 Sentyabr 2026
52
19:35 / 10 Sentyabr 2026
55
19:06 / 10 Sentyabr 2026
78
18:57 / 10 Sentyabr 2026
343
18:53 / 10 Sentyabr 2026
59
18:47 / 10 Sentyabr 2026
734
18:45 / 10 Sentyabr 2026
63
18:42 / 10 Sentyabr 2026
60
18:33 / 10 Sentyabr 2026
64
18:26 / 10 Sentyabr 2026
66
18:18 / 10 Sentyabr 2026
779
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.