BU RÜSUMLAR DA ARTIRILDI - Nazir qərar imzalayıb
23 Sentyabr 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
120
23.09.2026, 18:39
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir".
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov deyib.
.
Onun sözlərinə görə, Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub:
"Lakin təkrar edirəm ki, hansısa sertifikat tələbi yoxdur. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub
AQTA tərəfindən insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida zəhərlənmələri hadisələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilməkdədir. Aparılan təhlillər və statistik rəqəmlər göstərir ki, 2024-2025-ci illər və cari ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiq olunmuş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib. Bu da ümumi hadisələrin 57%-i təşkil edir. Eyni zamanda, həmin hadisələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. İzlənilə bilinməyən həmin məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bu məhsulların bazara yerləşdirilməsi ilə bağlı tənzimlənmələrə ehtiyac var.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı"nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028-2032-ci illəri əhatə edir.
Bu çərçivədə həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir.
Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır".Oxu.az
19:17 / 23 Sentyabr 2026
33
19:09 / 23 Sentyabr 2026
18
18:50 / 23 Sentyabr 2026
131
18:26 / 23 Sentyabr 2026
133
18:25 / 23 Sentyabr 2026
235
18:15 / 23 Sentyabr 2026
58
17:58 / 23 Sentyabr 2026
62
17:55 / 23 Sentyabr 2026
71
17:53 / 23 Sentyabr 2026
60
17:25 / 23 Sentyabr 2026
73
17:24 / 23 Sentyabr 2026
575
17:16 / 23 Sentyabr 2026
76
17:13 / 23 Sentyabr 2026
186
17:05 / 23 Sentyabr 2026
67
16:59 / 23 Sentyabr 2026
380
16:53 / 23 Sentyabr 2026
67
16:47 / 23 Sentyabr 2026
69
16:43 / 23 Sentyabr 2026
75
16:34 / 23 Sentyabr 2026
677
16:25 / 23 Sentyabr 2026
71
16:15 / 23 Sentyabr 2026
78
15:55 / 23 Sentyabr 2026
58
15:50 / 23 Sentyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.