Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto
02 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
260
23.09.2026, 15:03
Türkiyədə 11 aylıq uşaq itkin düşüb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Sivasın Divriği rayonunda 10 sentyabrdan bəri itkin düşən 11 aylıq Büşra Balıkçı üçün geniş axtarış işləri fasiləsiz davam edir.
Divriğinin Göndüren kəndinin İncidere Yaylasında yaşayan bir ailədən olan Elif Balıkçı, 10 sentyabrda 112 Təcili Yardım Mərkəzinə zəng edərək 11 aylıq qızı Büşranın çadırda yatarkən yoxa çıxdığını bildirib.
Məlumatdan sonra əraziyə komando qrupları, jandarma təhlükəsizlik qüvvələri, AFAD (Fəlakət və Təcili Yardım İdarəsi) və UMKE (Milli Tibbi Xilasetmə Qrupu) qrupları göndərilib. Süni intellektlə işləyən pilotsuz uçuş aparatları (PUA), dronlar və izləmə itlərindən istifadə edərək genişmiqyaslı axtarış əməliyyatı başladıldı.
Ərazidə vəhşi heyvanların olması ehtimalını da nəzərə alan qruplar tərəfindən aparılan axtarışlar zamanı çadırdan təxminən 2-3 kilometr aralıda körpəyə məxsus bir köynək, alt paltarı və uşaq bezi tapıldı. Jandarma qrupları ailənin ziddiyyətli ifadələri səbəbindən araşdırmanı dərinləşdirdi.
Jandarmaya verdiyi ikinci ifadədə ana Elif Balıkçı ifadəsində körpə qızlarını əri borc müqabilində satdığını bildirib.
"Qızım yoxa çıxmadı. Həyat yoldaşım Yusuf Balıkçının borcu var idi. O, körpəni pul müqabilində başqalarına satdı. Ağ maşınla çadıra gələn iki nəfərdən biri qızımızı yorğana büküb apardı".
Lakin qadının əri bu iddiaları təkzib edib.
Qadın növbəti ifadəsində qızın əri tərəfindən öldürüldüyünü açıqlayıb.
"İlk ifadəm doğru deyildi. Ərim Yusuf Balıkçı qızım Büşranı öldürdü. Cəsədini çadırlardan 1-2 kilometr yuxarıdakı qayalıq əraziyə aparıb orada qoydu. Mən ona qarşı şikayət ərizəsi verirəm".
Ata Yusuf Balıkçı isə arvadının ona böhtan atdığını iddia edərək ittihamları rədd edib. Jandarma magistral yollardakı bütün kamera qeydlərini araşdırır və saxlanılanların sayı 10-a çatıb.
Uşağın axtarışları davam edir.
Nigar
18:48 / 02 Noyabr 2026
1
18:44 / 02 Noyabr 2026
46
18:33 / 02 Noyabr 2026
51
18:29 / 02 Noyabr 2026
247
18:22 / 02 Noyabr 2026
65
18:12 / 02 Noyabr 2026
67
18:11 / 02 Noyabr 2026
62
18:10 / 02 Noyabr 2026
71
18:05 / 02 Noyabr 2026
87
18:02 / 02 Noyabr 2026
57
18:02 / 02 Noyabr 2026
134
17:58 / 02 Noyabr 2026
69
17:53 / 02 Noyabr 2026
71
17:39 / 02 Noyabr 2026
103
17:20 / 02 Noyabr 2026
97
17:13 / 02 Noyabr 2026
231
17:02 / 02 Noyabr 2026
283
16:53 / 02 Noyabr 2026
709
16:28 / 02 Noyabr 2026
94
16:10 / 02 Noyabr 2026
1142
16:03 / 02 Noyabr 2026
96
16:01 / 02 Noyabr 2026
207
15:33 / 02 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.