Son dərəcə sərt qış qapıdadır
04 Noyabr 2026, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
254
23.09.2026, 15:25
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən aparılan monitorinq zamanı “.az” domen zonasında bir-birinə oxşar xüsusiyyətlərə malik çoxsaylı veb-sayt “defacement” (veb-saytın icazəsiz dəyişdirilməsi) hadisələri müəyyən edilib.
Oxu24.com bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, araşdırma zamanı eyni gündə 22 “.az” domeninin “Xscyth3” adlı kiberdələduz tərəfindən “deface” olunduğu müşahidə edilib.
Hədəfə alınan domenlərin böyük hissəsi turizm, tur operatorluğu, transfer, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanda səyahət xidmətləri ilə bağlı olub.
Hadisələrin eyni vaxtda və oxşar xarakter daşıması onların bir-birindən müstəqil insidentlərdən daha çox ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir. MKA tərəfindən aparılan texniki yoxlama zamanı domenlərin bir hissəsində ortaq qeydiyyat məlumatlarının istifadə edildiyi müəyyən olunub. Belə ki, bəzi domenlər üzrə “[email protected]” elektron poçt ünvanı və “Azerbaijan Travel International” təşkilat adı müşahidə edilib. Bundan əlavə, 19 domenin "AS47583 / AS-HOSTINGER" şəbəkəsində yerləşdiyi, həmin domenlərdə eyni “ns1.dns-parking.com” və “ns2.dns-parking.com” serverlərinin, eləcə də “hcdn” server göstəricisinin istifadə olunduğu müəyyən edilib.
Qeyd olunan texniki göstəricilər hədəflənən domenlər arasında ortaq infrastruktur və ya idarəetmə əlaqələrinin ola biləcəyini göstərən indikatorlar kimi qiymətləndirilir.
Veb-saytda aşkar edilmiş Web Defacement halı ilə əlaqədar sistemdə mövcud ola biləcək zəifliklərin müəyyən edilməsi məqsədilə təhlükəsizlik auditi və insident araşdırmasının aparılması tövsiyə olunur. Saytın CMS, plagin və digər komponentlərinin aktual versiyalara yenilənməsi, inzibatçı hesablarının parollarının dəyişdirilməsi və çoxfaktorlu autentifikasiyanın (MFA) tətbiq edilməsi məqsədəuyğundur.
Eyni zamanda, server və tətbiq loqlarının təhlil edilməsi, aşkar edilmiş zəifliklərin aradan qaldırılması və oxşar halların vaxtında müəyyən edilməsi üçün davamlı təhlükəsizlik monitorinqinin təşkili tövsiyə edilir.
01:45 / 04 Noyabr 2026
60
01:07 / 04 Noyabr 2026
144
00:56 / 04 Noyabr 2026
174
00:38 / 04 Noyabr 2026
247
00:30 / 04 Noyabr 2026
130
00:29 / 04 Noyabr 2026
158
00:18 / 04 Noyabr 2026
204
00:11 / 04 Noyabr 2026
129
00:10 / 04 Noyabr 2026
224
23:58 / 03 Noyabr 2026
327
23:58 / 03 Noyabr 2026
3472
23:50 / 03 Noyabr 2026
185
23:40 / 03 Noyabr 2026
154
23:34 / 03 Noyabr 2026
191
23:04 / 03 Noyabr 2026
363
22:59 / 03 Noyabr 2026
113
22:52 / 03 Noyabr 2026
149
22:48 / 03 Noyabr 2026
119
22:45 / 03 Noyabr 2026
158
22:33 / 03 Noyabr 2026
155
22:30 / 03 Noyabr 2026
213
22:29 / 03 Noyabr 2026
264
22:25 / 03 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.