Səbail İcra Hakimiyyətinin başçısı rayonun ağsaqqalları və ziyalıları ilə görüş keçirib - FOTO
02 Noyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
303
23.09.2026, 14:38
Oxu24.com bir vaxtlar efirlərin məşhur siması olan,daha çox "Qulp" proqramı ilə məşhurlaşan jurnalist Mübariz Əsgərovun dosyesini təqdim edir:
Mübariz Əsgərov, tanınmış jurnalist: - Uşaqlığım Ucarda keçib, 2 saylı Ucar rayon orta məktəbini bitirmişəm. Evimiz dəmir yol stansiyasının yaxınlığında yerləşir. Hər gecə qatarların səsi ilə yatıb, qatarların səsiylə də oyanırdım. Hətta qatarların səsindən müəyyən edirdim ki, hansı yük, hansı sərnişin qatarıdır. Yük qatarının səsi kobud, kişi addımını xatırladırdı, sərnişin qatarı isə zərif qadın addımlarının səsini çıxarırdı. O vaxt Vaqif Səmədoğlunun sözlərinə Emin Sabitoğlunun bəstələdiyi məşhur bir mahnı var, onu dinləyib, xəyallar qururdum:
Çıxırlar dünyaya qatarlar,
Qatarlar min yerə çatarlar.
Hələ ki, dünyada qatar var,
Gələrəm, vaqonlar ötəndə
Bəlkə, bəlkə, bəlkə də…
Düşünürdüm ki, nə vaxtsa mən də bu qatarlara minib, arzularımın arxasınca harasa gedəcəyəm. Moskvada təhsil aldığım illərdə də Ucara məhz qatarla qayıtmağa xoşlayırdım.
Ucarla bağlı o qədər xatirələrim var ki… Hələ ali məktəbə qəbul olunmamışdım, orta məktəbdə oxuduğum vaxtlarda Ucarda çıxan “Yeni söz” qəzetinə hekayələrim, şeirlərim çıxırdı. Orta məktəbi qurtaranda qəzetin redaktoru məni işə dəvət elədi. Boş gözətçi ştatına işə düzəldim. Amma durmadan məqalələrim çıxırdı. Bir gün rayon ziyalılarını mərkəzi kitabxanaya toplayıb, dəyirmi masa təşkil etdim. Bu yazını oxuyan raykom katibi Kərimov qəzetin redaktorunu yanına çağırıb, soruşub ki, bu yazının müəllifi kimdir? O da duruxa-duruxa deyib ki, gözətçi. O da cavab verib ki, əgər gözətçi belə yazılar yazırsa, demək ki, gələcəyi işıqlıdır. Mən də çalışdım ki, sonralar yazdıqlarımla işıq yandıra bilim.
Onu da deyim ki, dünyanın hansı kurort ölkəsində oluramsa, olum, Ucarı heç birinə dəyişmərəm. Baxmayaraq ki, havası isti, torpağı duzludur. Amma mənim üçün Ucar dünyanın ən gözəl məkanıdır. Ucar camaatı da səmimi, zəhmətkeş və duzlu-məzəli olurlar. Hətta onların ayağını tapdalasan belə səni yumorla, zarafatla yola verəcəklər. Mən Ucara gedəndə gecələr küçərlərdə təkbaşına dolaşmağı çox sevirəm. Uşaqlığımı xatırlayıram.
Nigar
18:48 / 02 Noyabr 2026
1
18:44 / 02 Noyabr 2026
46
18:33 / 02 Noyabr 2026
51
18:29 / 02 Noyabr 2026
247
18:22 / 02 Noyabr 2026
65
18:12 / 02 Noyabr 2026
67
18:11 / 02 Noyabr 2026
62
18:10 / 02 Noyabr 2026
71
18:05 / 02 Noyabr 2026
87
18:02 / 02 Noyabr 2026
57
18:02 / 02 Noyabr 2026
134
17:58 / 02 Noyabr 2026
69
17:53 / 02 Noyabr 2026
71
17:39 / 02 Noyabr 2026
103
17:20 / 02 Noyabr 2026
97
17:13 / 02 Noyabr 2026
231
17:02 / 02 Noyabr 2026
283
16:53 / 02 Noyabr 2026
709
16:28 / 02 Noyabr 2026
94
16:10 / 02 Noyabr 2026
1142
16:03 / 02 Noyabr 2026
96
16:01 / 02 Noyabr 2026
207
15:33 / 02 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.