Səbail İcra Hakimiyyətinin başçısı rayonun ağsaqqalları və ziyalıları ilə görüş keçirib - FOTO
02 Noyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
23.09.2026, 15:05
Bakıdakı xarici diplomatların Qarabağ bölgəsinə səfəri, Alban tarixi abidələri ilə tanışlıqları, xüsusən Hikmət Hacıyevin bu abidələr və ümumən ermənilərin tarixi saxtalaşdıran “kitablar”ı nümayiş etdirməsi Ermənistan mediasında və sosial şəbəkələrində yeni “vətənpərvərlik” dalğası yaradıb. Yazılan hər statusda bir isterika, "biz qədimik” şüarı var.
Bu sözləri Oxu24.com-a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
"Tarixi saxtakarlığın və böyük yalanın əsiri olan bu bu adamlar Azərbaycan ərazisindəki alban-xristian abidələrinin XIX əsrdən başlayaraq rusların köməyi ilə Erməni kilsəsi tərəfindən "özəlləşdirildiyini" qəbul etmək istəmirlər.
Halbuki Qarabağın xristian əhalisinin avtoxton alban mənşəli olması haqqında erməni tədqiqatçılarının özləri də yazıb. Bundan başqa hələ XVIII əsrə aid "Alban ölkəsinin qısa tarixi" əsərində Gəncəsər alban katolikosu Yesai Həsən Cəlal Eçmiədzinin alban inancını, mədəniyyətini və torpaqlarını mənimsəmək üçün davamlı cəhdlərinə birbaşa işarələr edir. Gəncəsərdəki əsas yazıya əsasən, XIII əsr alban hökmdarı Həsən Cəlal Dövlənin titulu "atabəy" kimi göstərilmişdir ki, bu da digər faktlarla yanaşı, onun türk köklərindən olmasından xəbər verir. Yazılarda əyanların adları çəkilir: Ulubəy, Mina Xatun, Mama Xatun, Vəlican, Əmirhəsən, Atabəy, Qocubəy, Canıbəy, Cəlalbəy, Aruz və s. Bu yazılarda heç bir erməni adı yoxdur.
Amma nə olsun!? Yalanların və qədimlik mərəzinin qurbanı olan ermənilər dirəşib ki, Qafqazda qədim olan nə varsa, hamısı bizimdir..",-deyə professor qeyd edib.
Jalə
18:48 / 02 Noyabr 2026
1
18:44 / 02 Noyabr 2026
46
18:33 / 02 Noyabr 2026
51
18:29 / 02 Noyabr 2026
247
18:22 / 02 Noyabr 2026
65
18:12 / 02 Noyabr 2026
67
18:11 / 02 Noyabr 2026
62
18:10 / 02 Noyabr 2026
71
18:05 / 02 Noyabr 2026
87
18:02 / 02 Noyabr 2026
57
18:02 / 02 Noyabr 2026
134
17:58 / 02 Noyabr 2026
69
17:53 / 02 Noyabr 2026
71
17:39 / 02 Noyabr 2026
103
17:20 / 02 Noyabr 2026
97
17:13 / 02 Noyabr 2026
231
17:02 / 02 Noyabr 2026
283
16:53 / 02 Noyabr 2026
709
16:28 / 02 Noyabr 2026
94
16:10 / 02 Noyabr 2026
1142
16:03 / 02 Noyabr 2026
96
16:01 / 02 Noyabr 2026
207
15:33 / 02 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.