ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
385
23.09.2026, 15:10
Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlərdən olan Formula 1 Azərbaycan Qran-Prisi paytaxt sakinlərinə və şəhər qonaqlarına həyəcanlı anlar bəxş etməklə yanaşı, nəqliyyat sistemində müəyyən çətinliklər də yaradır. Mərkəzi küçə və prospektlərin bağlanması avtomatik olaraq alternativ yollarda böyük avtomobil axınına və sıxlığa səbəb olur. Xüsusilə sentyabrın 21-də paytaxtın bir sıra istiqamətlərində, o cümlədən Elmlər Akademiyası ətrafında qeydə alınan ciddi tıxaclar geniş yol şəbəkəsində operativ idarəetməyə olan ehtiyacı bir daha ön plana çıxardı. Yaranmış vəziyyət fonunda bir çox ictimai nəqliyyat vasitələrinin, o cümlədən 17, 10, 6 və M6 ekspres marşrutlarının qrafikində ciddi ləngimələr müşahidə olundu. Bəzi sərnişinlərin qeyd etdiyi kimi, marşrutlardakı gecikmə müddəti bəzi hallarda 40 dəqiqəyə yaxınlaşdı ki, bu da vətəndaşların gündəlik hərəkət imkanlarını xeyli məhdudlaşdırdı.
Mövcud reallıq göstərir ki, tədbir yalnız yolların bağlanması və sürücülərə sadəcə alternativlərin tövsiyə edilməsi ilə məhdudlaşmamalıdır. Məhz bu cür qlobal tədbirlər zamanı şəhər daxilində nəqliyyat yükünün minimuma endirilməsi və ictimai nəqliyyatın fasiləsizliyinin qorunması qarşıda duran əsas hədəf olmalıdır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bu cür halların qarşısının alınması üçün vacib addımları açıqlayıb.
Sıxlığın qarşısını almaq üçün hansı əlavə nəqliyyat tədbirləri görülməlidir?
Ekspert hesab edir ki, Formula 1 kimi əvvəlcədən tarixi və yol məhdudiyyətləri məlum olan tədbirlərdə yaranan sıxlığa fövqəladə vəziyyət kimi deyil, qabaqcadan modelləşdirilə bilən nəqliyyat ssenarisi kimi yanaşılmalıdır. Adil Nəbiyevin fikrincə, problemin həlli üçün aşağıdakı kompleks tədbirlər həyata keçirilməlidir:
“Formula 1 günlərində mərkəzə şəxsi avtomobillə giriş maksimum dərəcədə azaldılmalı, şəhərin kənar hissələrində müvəqqəti "Park et və get" məntəqələri yaradılaraq əhalinin ekspres avtobuslarla daşınması təşkil edilməlidir.
Elmlər Akademiyası, Mətbuat prospekti, İnşaatçılar prospekti və Tbilisi prospekti kimi gərgin istiqamətlərdə imkan olan hissələrdə müvəqqəti avtobus prioritet dəhlizləri yaradılmalı və yol polisi tərəfindən ciddi nəzarətə götürülməlidir”.
Ekspert vurğulayıb ki, qovşaqlarda yaranan bir neçə dəqiqəlik ləngimələr avtobusların intervalını pozduğundan, ehtiyat avtobuslar və sürücülər əvvəlcədən müəyyən məntəqələrdə hazır saxlanmalı, pozuntu qeydə alınan kimi dərhal xəttə əlavə nəqliyyat buraxılmalıdır:
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi real vaxt rejimində kameralar vasitəsilə sıxlığı izləməli, yaşıl işığın müddətini dinamik dəyişərək qonşu yolayrıclarının bloklanmasının qarşısını almalıdır.
Yolayrıclarında "sarı qutu" prinsipi ciddi tətbiq edilməli, ikinci cərgədə dayanma, qanunsuz parklanma və hərəkət zolaqlarının tutulmasına qarşı operativ tədbirlər gücləndirilməlidir”.
Adil Nəbiyev əlavə edib ki, sürücülərə alternativ marşrutlar barədə məlumatlar onlar tıxaca girməmişdən əvvəl – mobil tətbiqlər, elektron lövhələr və naviqasiya sistemləri vasitəsilə çatdırılmalıdır. Eyni zamanda, müəssisələrdə iş saatlarının mərhələləndirilməsi və yük avtomobillərinin hərəkətinin pik saatlardan kənara çəkilməsi faydalı olar:
“Məqsəd Formula 1 zamanı şəhərdə ümumiyyətlə sıxlığın yaranmaması kimi qeyri-real hədəf deyil, məhdudiyyətlərin təsirini minimuma endirmək, ictimai nəqliyyatın tıxacda qalmasının qarşısını almaq və vətəndaşların gündəlik hərəkət imkanlarını qorumaqdır”.
Çimnaz Telmanqızı
00:25 / 03 Noyabr 2026
108
00:20 / 03 Noyabr 2026
187
00:15 / 03 Noyabr 2026
132
00:15 / 03 Noyabr 2026
88
00:06 / 03 Noyabr 2026
171
23:44 / 02 Noyabr 2026
159
23:39 / 02 Noyabr 2026
98
23:38 / 02 Noyabr 2026
82
23:37 / 02 Noyabr 2026
117
23:32 / 02 Noyabr 2026
97
23:28 / 02 Noyabr 2026
96
23:24 / 02 Noyabr 2026
162
23:19 / 02 Noyabr 2026
130
23:12 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
117
23:05 / 02 Noyabr 2026
111
22:55 / 02 Noyabr 2026
369
22:48 / 02 Noyabr 2026
292
22:44 / 02 Noyabr 2026
97
22:27 / 02 Noyabr 2026
123
22:25 / 02 Noyabr 2026
109
22:22 / 02 Noyabr 2026
99
22:18 / 02 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.