Ev satılarkən vərəsənin razılığı tələb olunurmu? – Hüquqi məqamlar
12 Avqust 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
12.08.2026, 14:10
Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami–28 May" mənzilində qatarların hərəkətinin təxminən 10–11 ay müddətinə dayandırılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Təmir-bərpa işləri ilə əlaqədar paytaxt nəqliyyatında müəyyən sıxlıqların yaranacağı gözlənilir. Xüsusilə həmin istiqamətdə yerləşən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin gediş-gəlişində çətinliklərin ortaya çıxacağı ehtimal edilir. Yaranan vəziyyət fəaliyyət göstərən təhsil ocaqlarında dərslərin müvəqqəti olaraq hibrid və ya distant formada keçirilməsi məsələsini gündəmə gətirib. Valideynlər və tələbələr dərslərin online formaya keçirilib-keçirilməyəcəyini maraqla gözləyirlər.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və mövcud təhsil standartlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin forması (əyani, qiyabi, hibrid və ya distant) birbaşa Elm və Təhsil Nazirliyinin müvafiq qərarları, həmçinin universitetlərin akademik sərbəstliyi və daxili nizamnamələri çərçivəsində tənzimlənir.
Onun sözlərinə görə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi ilə əlaqədar 'Nizami–28 May' mənzilində qatarların hərəkətinin təxminən 10–11 ay müddətində dayandırılması paytaxt nəqliyyatında sıxlıqların yaranmasına səbəb olsa da, bu vəziyyət hələlik ali və orta ixtisas təhsili müəssisələrində dərslərin kütləvi şəkildə hibrid və ya distant formaya keçirilməsi üçün birbaşa hüquqi və ya zəruri əsas yaratmır.
Ekspert qeyd edib ki, nəqliyyat çətinliklərinin aradan qaldırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən alternativ ekspres avtobus marşrutları (məsələn, 'Elmlər Akademiyası', 'İnşaatçılar' və '20 Yanvar' stansiyalarından '28 May' və 'Gənclik' istiqamətlərinə hərəkət edən M1, M2, M3, M5, M6 xətləri) açılıb və mövcud marşrut xətlərində avtobusların sayı artırılıb. Buna görə də tədris müəssisələrinin əsasən ənənəvi (əyani) formada fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
Çimnaz Telmanqızı
16:15 / 12 Avqust 2026
15
15:51 / 12 Avqust 2026
39
15:50 / 12 Avqust 2026
42
15:40 / 12 Avqust 2026
46
15:20 / 12 Avqust 2026
46
15:15 / 12 Avqust 2026
53
14:59 / 12 Avqust 2026
58
14:58 / 12 Avqust 2026
66
14:45 / 12 Avqust 2026
114
14:27 / 12 Avqust 2026
65
13:53 / 12 Avqust 2026
91
13:40 / 12 Avqust 2026
67
13:28 / 12 Avqust 2026
69
13:25 / 12 Avqust 2026
72
13:18 / 12 Avqust 2026
375
13:10 / 12 Avqust 2026
76
12:55 / 12 Avqust 2026
68
12:46 / 12 Avqust 2026
69
12:30 / 12 Avqust 2026
70
12:26 / 12 Avqust 2026
73
12:22 / 12 Avqust 2026
84
12:10 / 12 Avqust 2026
75
12:04 / 12 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.