Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
21 Sentyabr 2026, 23:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
160
12.08.2026, 12:46
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59-u çimərlik mövsümündə olmaqla, 65 nəfər xilas edilib.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.
Həmçinin, ümumilikdə 50 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilib ki, suda boğulma hadisələrinin əksəriyyəti əsasən qeyri çimərlik ərazilərdən istifadə edilməsi, küləkli havada və ya sərxoş halda dənizə girilməsi, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən xüsusən bölgələrimizdə çaylar, göllər, suvarma kanalları və digər çimərlik üçün nəzərdə tutulmayan su hövzələrindən istifadə edilməsi səbəbindən baş verib.
FHN əhaliyə, xüsusən valideynlərə müraciət edərək istirahət üçün yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etməyə çağırıb:
"Xilasedicilərin və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələb və göstərişlərinə sözsüz əməl etsinlər".
Qeyd olunub ki, qeyri çimərlik ərazilərdən istifadə, üzmə sərhədlərini müəyyən edən işarələri keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya girmək, xilasetmə üçün nəzərdə tutulmuş texniki vasitələrindən başqa digər texniki vasitələrlə çimərlik ərazisinə daxil olmaq, çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək, çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq, suda kobud hərəkətlər etmək, çimərliyi məişət və digər tullantılarla zibilləmək, çimərliyə ev heyvanlarını gətirmək, çimərlikdə balıq tutmaq, çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq, çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması qadağandır.
Bundan başqa, bildirilib ki, uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir, uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır, uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Həmçinin o da xatırladılıb ki, çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir.
23:29 / 21 Sentyabr 2026
52
23:14 / 21 Sentyabr 2026
65
22:27 / 21 Sentyabr 2026
66
22:22 / 21 Sentyabr 2026
65
22:20 / 21 Sentyabr 2026
66
22:12 / 21 Sentyabr 2026
67
22:04 / 21 Sentyabr 2026
62
22:03 / 21 Sentyabr 2026
59
21:55 / 21 Sentyabr 2026
66
21:47 / 21 Sentyabr 2026
61
21:41 / 21 Sentyabr 2026
75
21:35 / 21 Sentyabr 2026
70
21:32 / 21 Sentyabr 2026
74
21:30 / 21 Sentyabr 2026
98
21:21 / 21 Sentyabr 2026
72
21:18 / 21 Sentyabr 2026
59
21:18 / 21 Sentyabr 2026
61
21:11 / 21 Sentyabr 2026
100
21:02 / 21 Sentyabr 2026
62
20:56 / 21 Sentyabr 2026
71
20:52 / 21 Sentyabr 2026
71
20:29 / 21 Sentyabr 2026
74
20:10 / 21 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.