Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
239
12.08.2026, 13:28
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun vəfatı ədəbiyyatımız üçün itkidir. Son dövrlər sağlıq durumunda problemlər yaşayan Çingiz müəllimin dünyadan köçməyi barədə xəbəri eşidəndə bu səmimi, mehriban, kübar insanla bağlı xatirələr yadıma düşdü. Onları paylaşmaq qərarına gəldim.
1985-ci il ilin iyun ayı. Lənkərandakı 3 saylı orta məktəbi bir neçə gündür ki, bitirmişəm. Yolumu yenə şəhərimizdə hamının yaxşı tanıdı "Kitab evi"ndən salmışam. "Kitab evi"nin müdiri Xanağa müəllim atamın tanışıdır, maraqlı kitablar gələndə tanış-bilişə xəbər edir.
"Kitab evi"nin qapısından içəri daxil olanda rayon qəzetinin-"Leninçi"nin redaktoru, tanınmış şair Şəkər Aslanı görürəm, yanında da Çingiz Əlioğlu. Ehtiramla salamlaşıram, təbii ki, hər iki adlı-sanlı ədəbiyyat adamı orta məktəbi bir-iki gün əvvəl bitirmiş oğlanı tanımır. Mən Çingiz Əlioğlunun yenicə çapdan çıxan "Günəşli dayanacaqlar" şeirlər kitabını alıb müəllifdən kitabını imzalamağı xahiş edirəm.
Şəkər Aslan zarafatından qalmır: "Çingiz, görürsən səni gətirdim bura, kitabın da satıldı..."
Çingz Əlioğlu adımı soruşub kitabına imza atır-Dostum Etibara mərdlik, sədaqət, səadət dolu ömür yolu arzusu ilə.
Cümləni bitirib uyun 1985-ci il yazanda Çingiz müəllimin qara, yağlı qələminin mürəkkəbi bitir və Şəkər Aslan qarışıq gülüşürük.
Beləcə Çingiz Əlioğlunun "Günəşli dayanacaqlar" mənim müəllif imzalı ilk kitabım olur.
İllər sonra qəzetçi kimi Bakıda fəaliyyətimi davam etdirirəm. Çalışdığım "Press-fakt" qəzetinin redaksiyası "Nizami" kinoteatrının binasında yerləşir. Çingiz Əlioğlu üzbəüz binada yaşayır, hər gün səhər onun evdən çıxıb yaxınlıqdakı köşkdən qəzet aldığını, bu ucaboy, yaraşıqlı insanın hərəkətlərini uzaqdan müşahidə edirəm.
"Politika" qəzetinin baş redaktoru kimi çalışanda əməkdaşımız Ceyhun Musaoğlunun "Ruh adamı" adlı oxunaqlı rubrikası üçün növbəti müsahib kimi Mədəniyyət Nazirliyinin şöbə müdiri Çingiz Əlioğlunu seçirik. Çingiz bəy razılıq verir və "Ruh adamı" rubrikasında çox maraqlı, səmimi müsahibə çap olunur.
İllər sonra yolum Mədəniyyət Nazirliyinə düşəndə, tədbirlərdə Çingiz bəylə həm Lənkərandakı ilk görüşümüzü, "Günəşli dayanaqlar"ı, həm də Çeyhun Musaoğlunun hazırladığı müsahibəni xatırlayırdıq.
Çingiz Əlioğlu mehriban, səmimi, kübar insan kimi həmişə yaddaşımda qalacaq
Ruhunuz şad olsun "Günəşli dayanacaqlar"ın adamı!
Müəllif:ETİBAR CƏBRAYILOĞLU
23:55 / 31 Oktyabr 2026
2210
23:52 / 31 Oktyabr 2026
349
23:44 / 31 Oktyabr 2026
521
23:22 / 31 Oktyabr 2026
127
22:59 / 31 Oktyabr 2026
265
22:32 / 31 Oktyabr 2026
2074
22:31 / 31 Oktyabr 2026
175
21:19 / 31 Oktyabr 2026
149
21:09 / 31 Oktyabr 2026
147
20:59 / 31 Oktyabr 2026
3884
20:51 / 31 Oktyabr 2026
285
20:46 / 31 Oktyabr 2026
156
20:37 / 31 Oktyabr 2026
146
20:33 / 31 Oktyabr 2026
194
20:25 / 31 Oktyabr 2026
118
19:58 / 31 Oktyabr 2026
475
19:44 / 31 Oktyabr 2026
126
19:37 / 31 Oktyabr 2026
111
19:29 / 31 Oktyabr 2026
836
19:28 / 31 Oktyabr 2026
243
19:26 / 31 Oktyabr 2026
436
19:20 / 31 Oktyabr 2026
127
19:20 / 31 Oktyabr 2026
1352
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.