Xalq artistindən hicabla bağlı AÇIQLAMA
12 Oktyabr 2026, 01:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
212
12.08.2026, 15:15
Vərəsəlik məsələlərində ən çox mübahisə doğuran hallardan biri ailə üzvlərindən birinin vəfatından sonra onun əmlakının digər qohumlar tərəfindən satılması ilə bağlıdır. Belə vəziyyətlərdə ilk növbədə əmlakın kimin adına rəsmiləşdirildiyi və mərhumun həmin əmlak üzərində mülkiyyət hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir.Əgər ev mərhum atanın mülkiyyətində olubsa, onun vəfatından sonra həmin əmlak vərəsəlik kütləsinə daxil edilir və qanunla müəyyən edilmiş şəxslərin vərəsəlik hüququ yaranır. Bu halda mərhumun övladları ilə yanaşı, onun həyat yoldaşı və valideynləri də qanun üzrə birinci növbə vərəsələr sırasına daxil ola bilərlər. Bu şəxslərin hər birinin payı müəyyən edilmədən və vərəsəlik rəsmiləşdirilmədən əmlakın digər qohumlar tərəfindən bütövlükdə satılması hüquqi baxımdan mümkün deyil.
Vəkil İmran Ələkbərovun Oxu24.com-a açıqlamasında sözlərinə görə, məsələyə yanaşarkən evin faktiki olaraq kimin tərəfindən istifadə edilməsindən daha çox, onun hüquqi mülkiyyətçisinin kim olması əsas götürülməlidir. Əgər əmlak mərhumun adına olubsa, onun vəfatı ilə həmin əmlak üzrə vərəsəlik münasibətləri yaranır və vərəsələrin hüquqları nəzərə alınmalıdır.
Vəkil qeyd edib ki, bəzən vətəndaşlar evdə qeydiyyatda olmağı avtomatik olaraq həmin əmlakdan pay sahibi olmaq kimi qəbul edirlər. Halbuki yaşayış sahəsində qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət və ya vərəsəlik payının yaranması demək deyil. Şəxsin əmlakdan pay alıb-almaması onun vərəsəlik hüququndan və əmlakın hüquqi statusundan asılıdır.Əgər söhbət nənənin öz adına olan evdən gedirsə və nənə sağdırsa, vəziyyət tamamilə fərqlidir. Əmlak nənənin şəxsi mülkiyyətidirsə, o, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin ev üzərində sərəncam vermək, o cümlədən satmaq və ya bağışlamaq hüququna malikdir. Bu halda nəvənin həmin evdə qeydiyyatda olması avtomatik olaraq ona mülkiyyət payı vermir.Əmlak sahibinin vəfat etməsindən sonra isə vəziyyət dəyişir. Bu halda vərəsəlik açılır və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilir. Mərhumun övladı da vərəsədirsə, onun payı ayrıca nəzərə alınmalıdır. Belə bir şəxs vəfat edərsə, müəyyən hallarda onun özünə düşən vərəsəlik payı sonrakı vərəsəlik münasibətlərinin predmetinə çevrilə bilər. Buna görə də hər bir konkret halda həm ilkin əmlak sahibinin, həm də sonradan vəfat etmiş vərəsənin hüquqi statusu araşdırılmalıdır.
İmran Ələkbərovun sözlərinə görə, bu cür hallarda vətəndaşlar əvvəlcə daşınmaz əmlakın çıxarışını, vərəsəlik sənədlərini və digər hüquqi sənədləri araşdırmalıdırlar. Əgər şəxsin özünün vərəsəlik payı olduğunu düşünməsi üçün hüquqi əsas varsa, notariat qaydasında vərəsəlik məsələsinin rəsmiləşdirilməsi üçün müraciət edilməlidir. Əmlak artıq digər şəxslərin adına keçirilibsə və ya satılıbsa, həmin şəxsin hüquqlarının pozulduğunu hesab etdiyi halda məhkəmə qaydasında hüquqi müdafiə imkanları da mövcuddur.
Beləliklə, evin satılıb-satılmaması məsələsində yalnız ailə münasibətlərinə və ya şəxsin həmin ünvanda qeydiyyatda olmasına əsaslanmaq düzgün deyil. Əsas məsələ mülkiyyət hüququnun kimə məxsus olması, vərəsəlik hüququnun yaranıb-yaranmaması və həmin hüququn qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilib-rəsmiləşdirilməməsidir.
01:20 / 12 Oktyabr 2026
554
01:15 / 12 Oktyabr 2026
102
00:50 / 12 Oktyabr 2026
110
00:40 / 12 Oktyabr 2026
1418
00:40 / 12 Oktyabr 2026
112
00:38 / 12 Oktyabr 2026
190
00:36 / 12 Oktyabr 2026
144
00:35 / 12 Oktyabr 2026
156
00:17 / 12 Oktyabr 2026
488
23:55 / 11 Oktyabr 2026
124
23:50 / 11 Oktyabr 2026
899
23:43 / 11 Oktyabr 2026
89
23:37 / 11 Oktyabr 2026
88
23:30 / 11 Oktyabr 2026
2092
23:21 / 11 Oktyabr 2026
210
23:09 / 11 Oktyabr 2026
604
23:02 / 11 Oktyabr 2026
130
22:49 / 11 Oktyabr 2026
712
22:46 / 11 Oktyabr 2026
137
22:28 / 11 Oktyabr 2026
1972
22:25 / 11 Oktyabr 2026
188
22:22 / 11 Oktyabr 2026
888
22:19 / 11 Oktyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.