Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
306
12.08.2026, 14:45
Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və regionlarda müasir idarəetmə mexanizmlərinin tətbiqi məsələsi yenidən ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması və 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi dövlət idarəçiliyi qarşısında tamamilə yeni vəzifələr qoyub. Azad edilmiş ərazilərdə tətbiq edilən Prezidentin xüsusi nümayəndəlikləri institutu qısa müddətdə özünü tam doğruldaraq çevik və operativ idarəetmə modeli kimi diqqət çəkir. Bu uğurlu təcrübə fonunda yerli icra hakimiyyəti orqanlarının gələcək taleyi və yeni idarəetmə sisteminin ölkənin digər regionlarına şamil olunub-olunmayacağı məsələsi böyük maraq doğurur. Mövcud idarəetmə modelinin transformasiyası və konstitusiya islahatları ehtimalı ekspertlər və qanunverici hakimiyyət səviyyəsində geniş təhlil olunur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Məzahir Əfəndiyev xüsusi nümayəndəliklər institutunun əhəmiyyətini və idarəetmədə gözlənilən perspektivləri belə dəyərləndirib:
"2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, xüsusilə 2023-cü ildə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması dövlət idarəçiliyinin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Bu yeni mərhələdə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası, dayanıqlı inkişafının təmin edilməsi və burada idarəetmənin daha çevik və operativ şəkildə həyata keçirilməsi zərurəti yarandı”.
Məzahir Əfəndiyev qeyd edib ki, bu baxımdan, ilk mühüm addımlardan biri işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin 04 fevral 2021-ci il tarixli Fərmanı ilə xüsusi nümayəndəliklərin təsis edilməsi oldu:
“Xüsusi nümayəndəliklər yeni reallıqlar nəzərə alınmaqla həmin ərazilərdə dövlət idarəçiliyinin daha çevik və səmərəli təşkili baxımından mühüm institusional mexanizmə çevrildi. Sonrakı mərhələdə bu idarəetmə modelinin hüquqi əsasları qanunvericilikdə öz əksini tapdı. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi “Dövlət qulluğu haqqında” qanuna “Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi” anlayışının əlavə edilməsini qəbul etdi və bununla da dövlət idarəçiliyində yeni yanaşmanın formalaşması üçün zəmin yarandı”.
Deputatın sözlərinə görə, qısa müddət ərzində xüsusi nümayəndəliklərin fəaliyyəti özünü xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərdi. Bu ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, infrastrukturun bərpası və yenidən qurulması, sosial-iqtisadi inkişafın təmin edilməsi və əhalinin həmin ərazilərə qayıdışının təşkili prosesində xüsusi nümayəndəliklərin fəaliyyəti mühüm rol oynadı:
“Bu idarəetmə modelinin müsbət nəticələri nəzərə alınaraq, oxşar yanaşmanın Naxçıvan Muxtar Respublikasında da tətbiq olunması dövlət idarəçiliyinin çevikliyinin və səmərəliliyinin artırılması baxımından diqqətəlayiq təşəbbüs oldu”.
M.Əfəndiyev yekun olaraq vurğulayıb ki, ümumilikdə, xüsusi nümayəndəliklər institutu yeni idarəetmə mexanizminin səmərəliliyini qiymətləndirmək üçün mühüm təcrübə formalaşdırmaqdadır. Bu təcrübənin nəticələri özünü doğrultduğu təqdirdə, gələcək mərhələdə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi məqsədilə onun hüquqi və institusional əsaslarının genişləndirilməsi məsələsinə baxılması məqsədəuyğun ola bilər. Bu çərçivədə, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət idarəçiliyinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə yönəlmiş müvafiq dəyişikliklərin edilməsi də nəzərdən keçirilə bilər.
Çimnaz Telmanqızı
08:58 / 13 Sentyabr 2026
1
08:35 / 13 Sentyabr 2026
38
08:07 / 13 Sentyabr 2026
92
00:51 / 13 Sentyabr 2026
95
00:35 / 13 Sentyabr 2026
540
00:14 / 13 Sentyabr 2026
1295
00:06 / 13 Sentyabr 2026
507
23:49 / 12 Sentyabr 2026
107
23:38 / 12 Sentyabr 2026
189
23:34 / 12 Sentyabr 2026
152
23:31 / 12 Sentyabr 2026
100
22:35 / 12 Sentyabr 2026
108
22:31 / 12 Sentyabr 2026
90
22:26 / 12 Sentyabr 2026
172
22:25 / 12 Sentyabr 2026
303
22:22 / 12 Sentyabr 2026
119
22:14 / 12 Sentyabr 2026
120
22:13 / 12 Sentyabr 2026
880
22:02 / 12 Sentyabr 2026
1057
21:52 / 12 Sentyabr 2026
208
21:34 / 12 Sentyabr 2026
418
21:25 / 12 Sentyabr 2026
4728
21:20 / 12 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.