Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
12.08.2026, 12:10
Prezident İlham Əliyevin nitqlərində və müsahibələrində tez-tez dilimizin ən dərin qatlarından süzülüb gələn elə sözlərə rast gəlirik ki, heyrət edirik. Prezident az işlənən, unudulmaqda olan sözləri elə yerli-yerində işlədir ki, sanki sözə yeni nəfəs verir, onu dolğunlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru yazıçı-publisist Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edib.
"Naxçıvanda Azərbaycan televiziyasına verdiyi, regionun sosial-iqtisadi, enerji təhlükəsizliyi və sair məsələlərdən bəhs edən dolğun müsahibəsində bir söz diqqətimi çəkdi:
“Yenə də deyirəm, bu planlar bizim bütün HƏNDƏVƏRİMİZDƏ yerləşən ölkələrin maraqlarına cavab verir.”
Qədim dastanımızdan gələn bu sözü həndəvərimizdəki insanların bir çoxu işlətmir, bəziləri bəlkə heç mənasını da anlamır. Əslində, Prezident belə qədim sözləri işlətməklə bir nümunə, görk ortaya qoyur. Həm dilimizin saflığına çağırır, həm də belə unudulmaqda olan gözəl sözlərimizi leksikonuna daxil etməklə onları canlandırır, dirildir.
Sözügedən müsahibədə Naxçıvanın inkişaf planından, regionun problemlərindən yerli-yataqlı danışan Prezident memar Əcəmi Naxçıvaninin şərəfinə ucaldılan abidəni xatırladır və bu kontekstdə yenə də milli kimliyimiz, milli ruhumuz barədə qürur doğuracaq sözlər deyir:
“Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik.”,-deyə paylaşımda qeyd edilib.
Miri Məcidli
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.