Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
260
12.08.2026, 14:27
Müasir dövrdə qan-damar xəstəlikləri və xüsusilə beyin qan dövranının kəskin pozulmaları ən çox rast gəlinən, həyatı təhlükə yaradan ciddi sağlamlıq problemlərindəndir. Tibbi statistikaya görə, beyinə laxta (tromb) düşməsi işemik insulta, iflicə və hətta ani ölümə səbəb ola biləcək ağır fəsadlar törədir. Ekspertlər bildirirlər ki, beyin toxumasının oksigenlə təminatının kəsilməsi saniyələr içində hüceyrə ölümünə gətirib çıxardığından, risk faktorlarını öncədən bilmək və vaxtında profilaktik tədbirlər görmək həyati əhəmiyyət kəsb edir. Qan təzyiqi, şəkər göstəriciləri və xroniki ürək rahatsızlıqları fonunda zərərli vərdişlərin də davam etdirilməsi damar divarlarının zədələnməsinə və laxtalanma riskinin dəfələrlə artmasına şərait yaradır. Mövzunun aktuallığını və əhalinin maarifləndirilməsinin vacibliyini nəzərə alaraq Oxu24.com saytı ekspert rəyini oxuculara təqdim edir.
Mövzu ilə bağlı mütəxəssis həkim kardioloq Günay Qasımova Oxu24.com-a açıqlamasında beyinə tromb atmasının 5 ana səbəbini geniş şəkildə izah edib:
"Birincisi, şah damarda darlığın və ərpin (aterosklerotik düyünlərin/blyaşkaların) olmasıdır. Şah damarda toplanan bu xolesterin ərp qoparaq beyin damarlarına tərəf hərəkət edir və oradakı incə damarları tıxayaraq laxtalanmaya və insulta gətirib çıxarır.
İkincisi, ürəkdə ritm pozuntusu — aritmiya, xüsusən də səyrici aritmiya (atrial fibrillyasiya) xəstəliyinin olmasıdır. Ürək qulaqcıqları düzgün yığılmadıqda qan orada ləngiyir və qan laxtaları formalaşır. Daha sonra bu laxta ürəkdən atılaraq beyin damarlarına gedir və tromb yaradır.
Üçüncüsü isə, yüksək şəkər (şəkərli diabet) faktorudur. Qanda şəkərin uzun müddət yüksək səviyyədə qalması damar divarlarının strukturlarını zədələyir, onları kövrəkləşdirir və damariçi laxtalanma riskini dəfələrlə artırır.
Dördüncüsü, yüksək qan təzyiqinin (hipertoniya) olmasıdır. Təzyiqin davamlı yüksək olması damarlara həddindən artıq yük salır, damar divarlarının elastikliyini pozur və micro-zədələr yaradaraq trombun əmələ gəlməsinə zəmin yaradır”.
Son olaraq da həkim qeyd edib ki, beşincisi isə zərərli vərdişlər — siqaret çəkənlər və aşırı spirtli içki qəbul edənlərdir. Siqaret tüstüsü və spirtli içki qanın özüllülüyünü (qatılığını) artırır, damarları daraldır və tərkibindəki toksinlər hesabına tromb yaranma riskini kəskin şəkildə yüksəldir.
12:25 / 12 Oktyabr 2026
1
12:17 / 12 Oktyabr 2026
19
12:12 / 12 Oktyabr 2026
41
11:57 / 12 Oktyabr 2026
41
11:52 / 12 Oktyabr 2026
44
11:46 / 12 Oktyabr 2026
269
11:39 / 12 Oktyabr 2026
67
11:31 / 12 Oktyabr 2026
327
11:27 / 12 Oktyabr 2026
70
11:24 / 12 Oktyabr 2026
83
11:18 / 12 Oktyabr 2026
607
11:16 / 12 Oktyabr 2026
52
11:08 / 12 Oktyabr 2026
1071
11:05 / 12 Oktyabr 2026
208
11:03 / 12 Oktyabr 2026
66
10:57 / 12 Oktyabr 2026
304
10:53 / 12 Oktyabr 2026
80
10:45 / 12 Oktyabr 2026
241
10:38 / 12 Oktyabr 2026
125
10:31 / 12 Oktyabr 2026
47
10:24 / 12 Oktyabr 2026
122
10:20 / 12 Oktyabr 2026
69
10:17 / 12 Oktyabr 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.