Metabolizmi sürətləndirmək üçün bunları BİLMƏLİSİNİZ
30 Oktyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
263
12.08.2026, 16:15
Müasir həyatın sürətli tempi, gündəlik qayğılar, maddi problemlər, iş və təhsil ilə bağlı narahatlıqlar insan orqanizminə ciddi təsir göstərir. Xüsusilə uzun müddət davam edən və idarə olunmayan stress ürək-damar sistemi üçün əhəmiyyətli risk faktorlarından biri hesab olunur. Stress zamanı ürək döyüntüləri və arterial təzyiq müvəqqəti olaraq arta bilər. Problem isə bu vəziyyətin uzun müddət davam etməsi və insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməsidir. Araşdırmalar da xroniki psixoloji stresslə ürək-damar xəstəlikləri arasında əlaqənin olduğunu göstərir.
Oxu24.com-un məlumatına əsasən , stressin mənbələri hər yaş qrupunda fərqli ola bilər. Məktəb yaşlı uşaqlarda imtahanlar, universitetə qəbul olub-olmamaq və gələcəklə bağlı narahatlıqlar ciddi psixoloji gərginlik yarada bilər. Aktiv əmək yaşında olan insanlarda işini qoruyub saxlamaq, karyerada irəliləmək, maddi problemlər və ailə məsuliyyətləri ön plana çıxır. Yaşlı insanlarda isə sağlamlıq, maddi təminat və gələcəklə bağlı narahatlıqlar əsas stress mənbələrinə çevrilə bilər. Xroniki xəstəlikləri olan şəxslərdə isə mövcud sağlamlıq problemləri əlavə psixoloji gərginlik yaradır.Uzunmüddətli stress yalnız insanın psixoloji vəziyyətinə təsir göstərmir. Orqanizmin stressə reaksiyası zamanı ürək döyüntüsü sürətlənə, tənəffüs tezləşə və arterial təzyiq yüksələ bilər. Xroniki stress isə yuxunun pozulması, fiziki aktivliyin azalması, qeyri-sağlam qidalanma və siqaret çəkmə kimi ürək-damar riskini artıran davranışlara da yol aça bilər.
Bu səbəbdən ürək-damar sağlamlığının qorunmasında yalnız dərman müalicəsi deyil, həyat tərzinin düzgün qurulması da mühüm əhəmiyyət daşıyır. İlk növbədə yuxu rejiminə diqqət yetirmək lazımdır. Yetərli və keyfiyyətli yuxu ürəyin və bütün orqanizmin bərpası üçün vacibdir. Böyüklər üçün ümumilikdə gecə ən azı 7 saat yuxu tövsiyə olunur. Yuxunun yalnız müddəti deyil, onun müntəzəm olması da ürək-damar sağlamlığı baxımından əhəmiyyətlidir.Düzgün qidalanma da ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır. Gün ərzində qidalanma rejiminin mümkün qədər nizamlı olması, balanslı və müxtəlif qidalara üstünlük verilməsi, həddindən artıq duzlu, yağlı və yüksək kalorili məhsulların məhdudlaşdırılması sağlam həyat tərzinin əsas şərtlərindəndir. Qidalanma ilə yanaşı, artıq çəkinin qarşısının alınması, arterial təzyiq, xolesterin və qan şəkərinin nəzarətdə saxlanılması da ürək-damar riskinin azaldılmasına kömək edir.Fiziki aktivlik isə stresslə mübarizənin ən təsirli vasitələrindən biri hesab olunur. Müntəzəm hərəkət həm psixoloji gərginliyin azalmasına, həm də arterial təzyiqin və ümumi ürək-damar riskinin nəzarətdə saxlanılmasına kömək edə bilər. Gəzinti, sürətli yerimə, üzgüçülük və insanın sağlamlıq vəziyyətinə uyğun digər fiziki fəaliyyətlər gündəlik həyatın bir hissəsinə çevrilməlidir.Ürək sağlamlığı baxımından zərərli vərdişlərdən uzaq durmaq da xüsusi əhəmiyyət daşıyır. Siqaret damar sisteminə ciddi zərər verən əsas dəyişdirilə bilən risk faktorlarından biridir. Elektron siqaret və digər nikotin məhsulları da ürək-damar sağlamlığı baxımından təhlükəsiz alternativ kimi qəbul edilməməlidir. Həmçinin enerji içkilərinin həddindən artıq istifadəsi də xüsusilə ürək-damar problemi olan şəxslər üçün arzuolunmaz ola bilər.
Alkoqol istifadəsinə də ehtiyatla yanaşmaq lazımdır. Ümumilikdə sağlam həyat tərzinin əsas məqsədi orqanizmə əlavə yük yaradan vərdişləri mümkün qədər azaltmaq və gündəlik rejimi ürək-damar sağlamlığını qoruyacaq şəkildə qurmaqdır.Ailəsində ürək-damar xəstəlikləri olan şəxslər isə risk faktorlarına daha ciddi yanaşmalıdır. İrsi meyllilik dəyişdirilə bilməyən amil olsa da, insanın həyat tərzi ilə əlaqəli bir çox risk faktorunu nəzarətdə saxlamaq mümkündür. Buna görə arterial təzyiqin mütəmadi ölçülməsi, xolesterin və qan şəkərinin yoxlanılması, artıq çəkinin qarşısının alınması və həkim müayinələrinin vaxtında aparılması vacibdir.Əsas məsələ stressi həyatımızdan tamamilə çıxarmağın mümkün olmadığını qəbul etmək və onunla düzgün mübarizə aparmağı öyrənməkdir. İnsan bütün problemləri bir anda həll edə bilməsə də, yuxu rejimini qaydaya sala, fiziki aktivliyini artıra, sağlam qidalana, zərərli vərdişlərdən uzaqlaşa və istirahətə daha çox vaxt ayıra bilər.
Ürək-damar sağlamlığının qorunması uzunmüddətli prosesdir. Stressin azaldılması, keyfiyyətli yuxu, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq bu prosesin əsas istiqamətlərindəndir. Xüsusilə arterial təzyiq, ürək döyüntüləri, sinə ağrısı və digər narahatedici əlamətlər müşahidə olunursa, problemi yalnız stresslə əlaqələndirmədən həkim müayinəsindən keçmək vacibdir.
23:55 / 31 Oktyabr 2026
50
23:52 / 31 Oktyabr 2026
66
23:44 / 31 Oktyabr 2026
132
23:22 / 31 Oktyabr 2026
32
22:59 / 31 Oktyabr 2026
121
22:32 / 31 Oktyabr 2026
778
22:31 / 31 Oktyabr 2026
92
21:19 / 31 Oktyabr 2026
114
21:09 / 31 Oktyabr 2026
105
20:59 / 31 Oktyabr 2026
996
20:51 / 31 Oktyabr 2026
175
20:46 / 31 Oktyabr 2026
103
20:37 / 31 Oktyabr 2026
104
20:33 / 31 Oktyabr 2026
144
20:25 / 31 Oktyabr 2026
90
19:58 / 31 Oktyabr 2026
286
19:44 / 31 Oktyabr 2026
99
19:37 / 31 Oktyabr 2026
92
19:29 / 31 Oktyabr 2026
752
19:28 / 31 Oktyabr 2026
173
19:26 / 31 Oktyabr 2026
195
19:20 / 31 Oktyabr 2026
101
19:20 / 31 Oktyabr 2026
1087
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.