Şəhərdəki görüntüləri tənqid etdi: "Biabırçılıqdır"
01 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
228
12.08.2026, 12:55
Günəşli günlərdə və ya gündəlik həyatda lazımi qədər yuxu almamaq, gün ərzində halsızlıq və fasiləsiz yuxululuq hissi yarada bilər. Lakin lazımi qədər yuxu almalarına, çay və kofe qəbul etmələrinə baxmayaraq, bir çox insan gün ərzində, hətta sükan arxasında belə qəflətən yuxuya gedir. Bu hal tez-tez nəqliyyat qəzalarının yaşanmasına və həyati təhlükələrin ortaya çıxmasına sabəb olur. Mütəxəssislərin fikrincə, bu cür hallar sadə bir yorğunluq deyil, orqanizmdəki ciddi nevroloji problemlərin və ya mikroelement çatışmazlığının göstəricisi ola bilər. Belə simptomlarla qarşılaşan şəxslərin vaxt itirmədən həkim-nevroloq müayinəsindən keçməsi və geniş anamnez toplanması vacibdir.
Mövzu ilə bağlı Oxu24.com-a həkim-nevroloq Yeganə Rəşidova məlumat verib:
"Bəzi insanlarda beynin atrofiya olunması, yəni el arasında dediyimiz beynin quruması prosesi baş verir. Bu zaman xəstə yuxusunu tam almasına, gün ərzində çay və kofe içməsinə baxmayaraq, sükan arxasında belə qəfil yuxuya gedə bilər. Hətta bir çox xəstələr bildirir ki, bu səbəbdən dəfələrlə maşını başqa nəqliyyat vasitələrinə çırpıblar. Belə hallarla qarşılaşan şəxslər mütləq qısa müddətdə nevroloji müayinədən keçməlidirlər".
Həkimin sözlərinə görə, xəstəliyin kökünü tapmaq üçün geniş anamnez toplanmalı və yaddaş problemləri araşdırılmalıdır:
"Xəstədən əşyaların adını, yaxud həmişə getdiyi yolu unudub-unutmadığı soruşulmalıdır. Bəzən xəstələr bir-iki saniyəlik 'mən hara gedirəm?' deyə duruxduqlarını və sonradan özlərinə gəldiklərini bildirirlər. Bu cür hallar heç də normal sonluqla bitmir. Gün ərzində qəfil yuxulamaq və unutqanlıq yalnız beynin atrofiyası ilə deyil, həm də mikromelement çatışmazlığı və anemiya ilə də bağlı ola bilər”.
O əlavə edib ki, ona görə də ailədə demensiya və ya 'Alzheimer' xəstəliyinin olub-olmaması mütləq nəzərə alınmalıdır. Əgər bu hallar uşaqlarda müşahid olunursa, onların gecə yuxusunu tam alıb-almadıqları və ya valideynləri aldadıb-aldatmadıqları dəqiqləşdirilməli, lazımi müayinələr aparılmalıdır.
19:59 / 01 Noyabr 2026
43
19:55 / 01 Noyabr 2026
75
19:50 / 01 Noyabr 2026
143
19:36 / 01 Noyabr 2026
52
19:28 / 01 Noyabr 2026
68
19:15 / 01 Noyabr 2026
208
19:09 / 01 Noyabr 2026
125
19:01 / 01 Noyabr 2026
756
19:00 / 01 Noyabr 2026
74
18:57 / 01 Noyabr 2026
88
18:24 / 01 Noyabr 2026
74
17:00 / 01 Noyabr 2026
88
16:37 / 01 Noyabr 2026
558
16:29 / 01 Noyabr 2026
482
16:23 / 01 Noyabr 2026
106
16:18 / 01 Noyabr 2026
862
16:14 / 01 Noyabr 2026
902
16:10 / 01 Noyabr 2026
130
15:58 / 01 Noyabr 2026
743
14:19 / 01 Noyabr 2026
104
12:12 / 01 Noyabr 2026
152
12:03 / 01 Noyabr 2026
696
11:35 / 01 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.