Azərbaycan–Aİ nəqliyyat əməkdaşlığı müzakirə olunub
26 Noyabr 2026, 20:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
340
08.05.2024, 14:40
Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.
Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.
“Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Ölkə lideri qeyd edib ki, son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb:
"Bunun əsas səbəbinin təbii ki, enerji sektorundakı əməkdaşlıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir".
Prezident həmçinin Azərbaycanın tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş apardığını deyib:
"Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq.
Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb.
Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək".
20:38 / 26 Noyabr 2026
16
20:31 / 26 Noyabr 2026
33
20:26 / 26 Noyabr 2026
87
20:22 / 26 Noyabr 2026
40
20:09 / 26 Noyabr 2026
56
20:02 / 26 Noyabr 2026
80
19:58 / 26 Noyabr 2026
405
19:46 / 26 Noyabr 2026
93
19:30 / 26 Noyabr 2026
106
19:23 / 26 Noyabr 2026
152
19:13 / 26 Noyabr 2026
102
19:05 / 26 Noyabr 2026
188
18:59 / 26 Noyabr 2026
95
18:56 / 26 Noyabr 2026
121
18:48 / 26 Noyabr 2026
127
18:42 / 26 Noyabr 2026
127
18:39 / 26 Noyabr 2026
167
18:29 / 26 Noyabr 2026
132
18:26 / 26 Noyabr 2026
133
18:17 / 26 Noyabr 2026
113
18:08 / 26 Noyabr 2026
122
18:02 / 26 Noyabr 2026
126
17:33 / 26 Noyabr 2026
1168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.