Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ikimərtəbəli yaşayış evində yanğın olub 

Bakıda ikimərtəbəli yaşayış evində yanğın olub 

CƏMİYYƏT

35

26.11.2026, 20:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Səbail rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Oxu24.com  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə rayonun Xanlar küçəsində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli yaşayış evinin mətbəxində baş verən yanğın digər otaqlara və yaxınlıqdakı tikililərə yayılmadan söndürülüb.

Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr, dam örtüyünün taxta atmaları isə 1 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.