Azərbaycanda 14 günlük körpə xəstəxanada vəfat etdi
26 Noyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
39
26.11.2026, 18:42
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib.
Oxu24.com xəbər verir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.
Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.
İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq müvafiq ağacın rəqəmsal məlumat kartına baxa bilərlər.
Ağacın quruduğunu, zədələndiyini və ya qulluğa ehtiyacı olduğunu müşahidə edən vətəndaşlar tətbiq vasitəsilə fotoşəkil əlavə edərək Nazirliyə məlumat göndərə bilərlər. Bu imkan qulluq tələb edən ağacların vaxtında müəyyənləşdirilməsinə, yaşıllıqların mühafizəsi üzrə görülən işlərin şəffaflığının artırılmasına və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.
Rəqəmsal uçotun interaktiv xəritə və ictimai iştirak imkanları ilə birləşdirilməsi şəhər yaşıllıqlarının idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğundur. Sistemdə toplanan məlumatlar gələcəkdə süni intellektdən istifadə etməklə ağacların vəziyyətindəki dəyişiklikləri təhlil etmək, riskləri erkən müəyyənləşdirmək və qulluq tədbirlərini planlaşdırmaq üçün əsas yaradır.
“agac.az” mobil tətbiqi hazırda iPhone istifadəçiləri üçün App Store-da əlçatandır.
18:48 / 26 Noyabr 2026
17
18:39 / 26 Noyabr 2026
70
18:29 / 26 Noyabr 2026
71
18:26 / 26 Noyabr 2026
70
18:17 / 26 Noyabr 2026
69
18:08 / 26 Noyabr 2026
80
18:02 / 26 Noyabr 2026
82
17:33 / 26 Noyabr 2026
900
17:07 / 26 Noyabr 2026
122
17:05 / 26 Noyabr 2026
106
17:00 / 26 Noyabr 2026
116
16:55 / 26 Noyabr 2026
110
16:40 / 26 Noyabr 2026
382
16:38 / 26 Noyabr 2026
121
16:23 / 26 Noyabr 2026
159
16:15 / 26 Noyabr 2026
140
16:08 / 26 Noyabr 2026
130
16:01 / 26 Noyabr 2026
132
15:58 / 26 Noyabr 2026
142
15:49 / 26 Noyabr 2026
122
15:44 / 26 Noyabr 2026
124
15:40 / 26 Noyabr 2026
131
15:34 / 26 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.