Melonidən Ukraynaya xəbərdarlıq: Müharibə genişlənməməlidir
26 Noyabr 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
42
26.11.2026, 18:59
Londonda Əli Kərimlinin “müdafiəsi” məqsədilə növbəti addıma hazırlıq aparılır. Dekabrın 15-də Böyük Britaniya parlamentinin Lordlar Palatasındakı komitə zallarından birində “Azərbaycanda insan hüquqları” mövzusunda tədbir keçiriləcək. Tədbir Əli Kərimlinin işinə həsr olunub. Kərimlinin övladları – oğlu Türkel Kərimli, qızı Sezan Kərimli də iştirakçılar arasındadır.
Bu, Londonda iki ay ərzində Əli Kərimlinin gündəmə gətirildiyi ikinci tədbir olacaq. Birincisi 12 noyabrda “Maqnitski Mükafatı”nın təqdimatında oldu. Əli Kərimli “müstəsna müxalifət siyasətçi” nominasiyası üzrə təltif edildi və mükafatı mərasimdə iştirak edən qızı Sezan Kərimli aldı.
Əli Kərimlinin “Maqnitski Mükafatı”nın siyahısına daxil edilməsi, ardınca Lordlar Palatasının komitə zallarından birində birbaşa ona həsr edilmiş tədbirin keçirilməsi planı suallar yaradır:
- Əli Kərimlinin müdafiə edənlər – onun adını Qərbin siyasi gündəminə israrla daxil etməyə çalışanlar kimlərdir?
“Maqnitski Mükafatı”nın təqdimetmə mərasimi də, dekabrın 15-də keçiriləcək tədbirin iştirakçıları da bu sualın cavabının erməni diasporu/lobisi olduğunu açıq şəkildə göstərir.
Noyabrın 12-də keçirilən mərasimdə Əli Kərimlinin mükafatını onun qızı Sezan Kərimli təqdim edən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baronessa Helena Kennedi idi. Sezan Kərimli də çıxışında Baroness Helena Kennediyə atasının təltif edilməsinə dəstək verdiyi üçün təşəkkür etdi.
Baroness Helena Kennedinin əməkdaşlıq etdiyi əsas şəbəkə Böyük Britaniya Erməni Milli Komitəsidir (Armenian National Committee of the United Kingdom - ANC-UK). ANC-UK Amerika Erməni Milli Komitəsinin (ANCA) ABŞ-da siyasətçiləri ələ alaraq, erməni maraqlarını təmin etmək fəaliyyətinin analogiyasını Britaniyada həyata keçirir. Baroness Helena Kennedi də dəstək qarşılığında ANC-UK-nin xidmətində dayanan parlamentarilərdəndir və indiyə qədər erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana qarşı kifayət qədər iş görüb. Misal üçün, 2024-cü ildə Beynəlxalq Vəkillər Kollegiyasının (İnternational Bar Association - İBA) Qarabağla bağlı keçirilən tədbirlərinə spikerlik edib. Bu tədbirlərdə Qarabağdan Ermənistana qayıdan separatçı rejimin qalıqlarının Azərbaycana qarşı ərazi iddiaları və digər ittihamları dəstəklənirdi.
“Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) və Britaniya parlamentinin bir sıra üzvləri tərəfindən “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” iddiası ilə bu ilin fevralında başlanan və hazırda davam edən sorğu prosesinin əsas təşkilatçılarından biri də Baroness Helena Kennedidir. O, “Qarabağda erməni mədəni irsinin dağıdıması iddialarını” araşdıran tədqiqata həmsədrlik edir. B. Kennedi sorğu prosesində “dəlillər təqdim edən tərəflər” qismində keçmiş qondarma rejimin “nümayəndəsi” Artak Beqlaryan, erməni diaspor təşkilatı “Center for Truth and Justice” (CFTJ) nümayəndələri, ANC-UK-un sədri Annette Moskofian və üzvü Andre Vartanian, həmçinin, erməni maraqlarına lobbiçilik edən, “Qarabağda etnik təmizləmə” kimi ittihamlarla bağlı beynəlxalq kampaniyalar təşkil edən Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo olub.
Bir məqam xüsusilə diqqət çəkir: Baroness Helena Kennedi Qarabağda keçmiş qondarma rejimin “nümayəndəsi” Artak Beqlaryanı, eləcə də erməni separatizmi dəstəkləyən digərlərini qəbul edir, müzakirələr aparır. Daha sonra Əli Kərimlinin “Maqnitski Mükafatı” ilə təltif edilməsinə lobbiçilik edir, mükafatı öz əlləri ilə qızı Sezən Kərimliyə verir. Hər iki görüşdə - Qarabağdakı keçmiş separatçılarla görüşdə də, Əli Kərimlinin qızı ilə bir araya gələndə də hədəf Azərbaycandır. Bu, Əli Kərimlinin əslində kimlərə, hansı qüvvələrə işlədiyini göstərir.
Dekabrın 15-də Lordlar Palatasının binasında keçiriləcək tədbirlə bağlı da eyni mənzərə var. Tədbirə keçmiş komitə sədri Tim Lautonun (Loughton) moderatorluq edəcək.
Tim Lauton kimdir?
Böyük Britaniya Erməni Milli Konqresinin (ANC UK) sevimli siyasətçisi olan Tim Lauton 2020–2024-cü illərdə Böyük Britaniya Parlamentinin İcmalar Palatası və Lordlar Palatasında Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG Armenia) sədri olub. Əsas missiyası da qondarma “erməni soyqırımı”nın tanınması, Qarabağ separatçılarının müdafiə edilməsi, Azərbaycanda saxlanılan hərbi cinayətləri sübuta yetirilmiş erməniəsili şəxslərin azad edilməsi, bir sözlə antiazərbaycan qərarların, qətnamələrin irəli sürülməsi olub. Hətta erməni maraqlarına göstərdiyi xidmətlərə görə ötən il Ermənistan parlamentinin medalı ilə təltif olunub.
Tim Louton 2021-ci ildə Britaniya hökuməti tərəfindən qondarma “erməni soyqırımı”nın tanınmasını tələb edən qanun layihəsinin müəllifi idi. 2022-ci ildə parlamentdəki Böyük Britaniya–Ermənistan dostluq qrupu adından bəyanat yayaraq, Azərbaycanın Ermənistana qarşı “təcavüzdə” ittiham edirdi. 2023-cü ildə Azərbaycanın Qarabağda “etnik təmizləmə” apardığını iddia edir, Britaniya hökumətini buna göz yummaqda günahlandırırdı. 2023-cü il və 2024-cü illərdə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Vestminster Zalında Qarabağla bağlı keçirilən və Azərbaycana qarşı qondarma iddiaların irəli sürüldüyü tədbirlərin təşkilatçısı və fəal iştirakçıları arasında da Tim Louton var idi. İndi bu şəxs – təkcə Ermənistanı yox, hətta Qarabağdakı separatçıları da müdafiə edən erməni maraqlarının xidmətçisi Əli Kərimlinin müdafiəsinə moderatorluq edəcək.
Bütün bunlar Əli Kərimlinin arxasındakı qüvvənin erməni diasporu/lobbisi olduğunu deməyə əsas verir. Lakin hər şey bununla bitmir, çünki bu şəxslər – erməni diasporu/lobbisinin üzvləri Əli Kərimlinin hansı qüvvələrə xidmət etdiyini göstərən mənzərənin yalnız görünən tərəfidir.
Bəs, görünməyən tərəfində kimlər, hansı qüvvələr dayanır?
Cavabı erməni diasporu/lobbisinin maliyyələşmə mexanizmində tapmaq mümkündür. ANC UK da daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları rəsmi olaraq, “ianələr” hesabına maliyyələşir. Bu, “ianələr” də yalnız erməni iş adamları – milyonçu və milyarderlər tərəfindən təmin edilir. Diaspor də fəaliyyət göstərdikləri ölkələrin parlament üzvlərini, bürokratları, siyasi-ictimai nüfuzu olan şəxsləri maliyyə, yaxud müxtəlif formada dəstəyin verilməsi ilə ələ alır, onları erməni maraqlarının xidmətçisinə çevirir.
Maliyyə axınını təmin edən erməni milyarderlər arasında Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı iki şəxsin – Ruben Vardanyan və Samvel Karapetyanın adını çəkə bilərik. Bu iki şəxs erməni doiasporu/lobbisinin Azərbaycana qarşı fəaliyyətini maliyyələşdirən əsas fiqurlar arasındadır. Vardanyanın Qarabağda törətdiyi cinayətlər, Ermənistanda siyasətə qoşulan Karapetyanın Qarabağ məsələsi üzərindən həyata keçirdiyi fəaliyyət bunu açıq şəkildə göstərir.
Əli Kərimlinin həbsindən sonra “Maqnitski Mükafatı” ilə təltif edilməsi də daxil olmaqla erməni diasporu/lobbisi tərəfindən açıq şəkildə müdafiə edilməsinin arxasında da məhz Vardanyan və Karapetyanın olduğunu deməyə əsas verən detallar var.
Dekabrın 15-də Lordlar Palatasının binasında Əli Kərimliyə həsr olunacaq tədbirin sifarişçisinin Böyük Britaniya Erməni Milli Konqresi (ANC UK) olduğu sirr deyil. Tədbirdə moderatorun ANC UK-nin xidmətçisi kimi tanınan Tim Lauton olması hər şeyi açıq şəkildə göstərir. ANC UK-nin “ianəçiləri” arasında hər zaman Ruben Vardanyanın da adı olub. Vardanyan Qarabağdakı cinayətlərinə görə həbs edildikdən sonra onun ailəsi beynəlxalq müstəvidə “müdafiə kampaniyası” aparır. ANC UK bu kampaniyanı həyata keçirən əsas erməni təşkilatlarındandır. Lakin indiyə qədər nəticə əldə edə bilməyiblər. İstisna deyil ki, Vardanyanı azad etməyən Azərbaycana qarşı “Əli Kərimli işi” üzərindən kampaniya təşkil etməyə və təzyiq dalğası formalaşdırmağa çalışırlar. Bu prosesdə əsas maraqlı tərəflərdən biri Ruben Vardanyanın ailəsidir.
ANC UK Baronessa Helena Kennedinin vasitəsilə Əli Kərimlinin adını “Maqnitski Mükafatı”nın təltif siyahısına daxil etməsi də eyni planın tərkib hissəsi kimi görünür. Hərçənd, burada Samvel Karapetyanın da rolu istisna edilməməlidir. Luis Moreno Okamponun adı buna diqqət çəkən detaldır. Əli Kərimliyə “Maqnitski Mükafatı”nın verilməsində rol oynayan Baronessa Helena Kennedi (Sezən Kərimli təqdimat mərasimində ona xüsusilə təşəkkür etdi) “Qarabağda erməni mədəni irsinin dağıdılması iddiaları” ilə Azərbaycana qarşı aparılan kampaniyada Luis Moreno Okampo ilə də birgə işləyir. Okamponun bu ilin may ayında yayılan etiraflarından məlum oldu ki, Azərbaycana qarşı onun da iştirakçısı olduğu kampaniyanın maliyyələşdirilməsi əsasən Rusiyada yaşayan erməni oliqarxlar - Samvel Karapetyan, Ruben Vardanyan və digərləri tərəfindən həyata keçirilir. Bu, Luis Moreno Okampo-Baronessa Helena Kennedi-Əli Kərimli xəttinə Samvel Karapetyanın da adını daxil edən detaldır.
Və burada Karapetyanın siyasi maraqları da aydın görünür: “Güclü Ermənistan” partiyasına liderlik edən Karapetyan Ermənistanda hakimiyyətə gəlmək üçün Bakı-İrəvan xəttindəki sülh prosesinə qarşı çıxır, Qarabağ iddiası üzərindən siyasət həyata keçirir. Bu kontekstdə Əli Kərimlinin Qərbin siyasi gündəminə daxil edilməsi ilə Azərbaycana qarşı təzyiq dalğasının yaradılması Karapetyanın, eləcə də sülh prosesinə qarşı çıxan və Qarabağ iddiasından əl çəkməyən erməni diasporu\lobbisinin də maraqlarına uyğundur. Çünki Bakıya qarşı “insan haqları” kimi məsələlər üzərindən siyasi təzyiq dalğasında erməni disasporu/lobbisi “Qarabağ ermənilərinin hüquqları”nı da daxil edir. Ki, belə bir kampaniya dalğası Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərər verə bilər. Bu məqsədlə Əli Kərimlidən vasitə kimi istifadə etdikləri faktı ortadadır.
Övladlarını özünün əvəzinə erməni diasporu/lobbisi ilə təmaslar qurmağa göndərən Əli Kərimli də bu prosesdən məmnundur. Görünür, azadlıqda olarkən, erməni diasporu/lobbisinin də yer aldığı antiazərbaycan qüvvələrin Bakıya qarşı addımlarına sinxron fəaliyyəti ilə dəstək verən Əli Kərimli həbsi ilə də eyni şəkəbənin xidmətindədir.
19:05 / 26 Noyabr 2026
57
18:56 / 26 Noyabr 2026
58
18:48 / 26 Noyabr 2026
69
18:42 / 26 Noyabr 2026
73
18:39 / 26 Noyabr 2026
106
18:29 / 26 Noyabr 2026
95
18:26 / 26 Noyabr 2026
100
18:17 / 26 Noyabr 2026
84
18:08 / 26 Noyabr 2026
94
18:02 / 26 Noyabr 2026
96
17:33 / 26 Noyabr 2026
968
17:07 / 26 Noyabr 2026
127
17:05 / 26 Noyabr 2026
117
17:00 / 26 Noyabr 2026
124
16:55 / 26 Noyabr 2026
117
16:40 / 26 Noyabr 2026
412
16:38 / 26 Noyabr 2026
128
16:23 / 26 Noyabr 2026
165
16:15 / 26 Noyabr 2026
145
16:08 / 26 Noyabr 2026
136
16:01 / 26 Noyabr 2026
138
15:58 / 26 Noyabr 2026
149
15:49 / 26 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.