Qaynar xətt:

(+99450) 247 90 86

Eşqi Bağırovdan yeni TƏYİNATLAR -FOTO

Eşqi Bağırovdan yeni TƏYİNATLAR -FOTO

CƏMİYYƏT

50

26.11.2026, 13:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bir sıra ümumi təhsil müəssisələrinin rəhbər vəzifələrində dəyişiklik olub.

Oxu24.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırovun müvafiq əmrləri ilə Bakı, Sumqayıt və Qobustan rayonunun bir sıra məktəblərinə yeni direktorlar təyin olunub.

Əmrlərə əsasən, İlkin Əflatun oğlu Əliyev Bakı şəhəri 67 nömrəli tam orta məktəbin, Hicran Musa qızı Nəsirova isə Sumqayıt şəhərindəki F.Piriyev adına 18 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə gətirilib.

İlkin Əliyev ixtisasca ingilis dili müəllimidir. O, pedaqoji fəaliyyətə 2019-cu ildə başlayıb və son təyinatına qədər 136 nömrəli tam orta məktəbdə direktor müavini işləyib.

Hicran Nəsirova Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bakalavr və magistratura pillələri üzrə fərqlənmə diplomları ilə bitirib. 2008-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan Nəsirova müxtəlif illərdə müəllim, direktor müavini və məktəb rəhbəri vəzifələrində çalışıb. O, 2022–2024-cü illərdə Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.

Bundan başqa, İlahə Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru təyin edilib. 2016-cı ildən pedaqoji fəaliyyət göstərən Fərmanlı bu təyinata qədər 76 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini olub.

Qobustan rayonunun təhsil müəssisələrində də yeni rəhbər təyinatları həyata keçirilib. Belə ki, Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta məktəbə Ədalət Kamalov, Təklə kənd tam orta məktəbinə Gülnar Atamoğlanova, Xilmilli kənd tam orta məktəbinə Günel İmaməlizadə direktor təyin edilib.

Eyni zamanda, Yaşar Sadiqov adına Çelov kənd ümumi orta məktəbinə Şahin İbrahimov, Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbinə isə Buğday Azadə rəhbərlik edəcək.

Yeni təyin olunan direktorlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qobustan rayon komitəsinin sədri Mahir Soltanov və Təhsil Sektorunun əməkdaşlarının iştirakı ilə kollektivlərə təqdim olunublar.