Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
26 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
55
26.11.2026, 20:02
Bu gün, noyabrın 26-da Azərbaycan Kəlağayısı Günüdür. Azərbaycan xalqının yaddaşında, məişətində və mədəni həyatında özünəməxsus yeri olan kəlağayı yalnız qadın baş örtüyü deyil, əsrlərin sınağından çıxmış milli sənət nümunəsi, zərifliyin, zövqün və mənəvi dəyərlərin rəmzidir. Hər naxışında xalqın tarixindən, adət-ənənəsindən izlər daşıyan bu sənət nümunəsi nəsildən nəslə ötürülərək günümüzə qədər gəlib çatıb.2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu qərar həm kəlağayının dünya miqyasında tanınmasına, həm də onun qorunması və yaşadılması istiqamətində fəaliyyətin daha da genişlənməsinə yol açıb. Bu gün Azərbaycanda kəlağayı ustalarının dəstəklənməsi, ənənəvi sənətkarlığın inkişafı, festivalların, sərgilərin və maarifləndirici tədbirlərin təşkili milli-mədəni irsə olan marağın artdığını göstərir.
Azərbaycan Kəlağayısı Günü ərəfəsində bu sənətin dünənini, bu günü və sabahı barədə fikirlərini Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva Oxu24.com-a bölüşüb.
Ülviyyə Həmzəyeva bildirib ki Kəlağayı bizim üçün sadəcə milli geyim nümunəsi deyil. O, Azərbaycan qadınının zərifliyini, xalqımızın estetik dünyagörüşünü, milli kimliyini və əsrlər boyu formalaşmış həyat fəlsəfəsini özündə yaşadan bir sənət əsəridir. Kəlağayının hər naxışında, hər rəngində xalqımızın tarixindən, adət-ənənələrindən və mənəvi dünyasından izlər var.Bir rəssam kimi kəlağayıya rənglərin və naxışların dili ilə danışan, özünəməxsus bədii ifadə vasitəsi olan sənət nümunəsi kimi baxıram. Milli Məclisin deputatı olaraq isə bu irsin qorunmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə ötürülməsini milli-mədəni dəyərlərimiz qarşısında mənəvi məsuliyyətimiz hesab edirəm.
Onun sözlərinə görə, bu gün Azərbaycanda milli-mədəni irsimizin qorunması və inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi milli mədəniyyətimiz adına böyük nailiyyətdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunması və dünyada tanıdılması sahəsindəki fəaliyyətini xüsusi vurğulamaq istərdim. Sevindirici haldır ki, son illərdə kəlağayı sənətinin yaşadılması və təbliği istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Basqalın tarixi-mədəni irsinin bərpası, ənənəvi sənətkarlığın turizm imkanları ilə əlaqələndirilməsi, yerli qadın sənətkarlar üçün təlimlərin və ustad dərslərinin təşkili, kəlağayı festivallarının, sərgilərin və maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə görülən işlərin mühüm nümunələridir. Elə bu günlərdə paytaxtımızda keçirilən Kəlağayı Festivalı və müxtəlif mədəniyyət ocaqlarında təşkil olunan silsilə tədbirlər də milli irsimizə cəmiyyətin artan marağını nümayiş etdirir.Düşünürəm ki, bundan sonrakı əsas vəzifələrimizdən biri kəlağayını gənc nəslə sevdirmək, onu müasir həyatımızın bir parçasına çevirmək olmalıdır. Milli irs o zaman yaşayır ki, insanlar onu sevərək öz həyatlarında yaşadırlar.
Ülviyyə Həmzəyeva vurğulayıb ki, bu gün rəssamlarımızın, modelyerlərimizin və dizaynerlərimizin milli naxışlarımızdan, kəlağayı motivlərindən öz yaradıcılıqlarında istifadə etmələri təqdirəlayiqdir. Ənənə ilə müasirliyin vəhdəti milli sənətimizin yeni ifadə formaları qazanmasına imkan yaradır. Əsas məsələ isə bu yeniliklər fonunda kəlağayının özünəməxsusluğunu, bədii dəyərini və ənənəvi hazırlanma üsullarını qorumaqdır. Təhsil müəssisələrində ustad dərslərinin, yaradıcılıq müsabiqələrinin, sərgilərin və gənclərin kəlağayı ustaları ilə görüşlərinin daha geniş miqyasda təşkili faydalı olardı. Gənclər kəlağayının yalnız gözəlliyini deyil, onun hansı zəhmətlə ərsəyə gəldiyini, naxışlarının və rənglərinin hansı mənaları daşıdığını da bilməlidirlər.Digər mühüm məsələ bu sənəti yaşadan ustaların dəstəklənməsidir. Bu istiqamətdə həyata keçirilən layihələrin davamı olaraq ənənəvi sənətkarlıq emalatxanalarının genişləndirilməsi, usta-şagird ənənələrinin təşviqi, kiçik ailə müəssisələrinin dəstəklənməsi, sənətkarların satış və ixrac imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Kəlağayı sənətinin inkişafını həm də yaradıcı iqtisadiyyatın, regionlarda məşğulluğun və mədəni turizmin inkişafı baxımından dəyərləndirməliyik.
Ü.Həmzəyeva əlavə edib ki,Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanıdılması istiqamətində əldə edilmiş nailiyyətlər bizə daha geniş imkanlar açır. Bu imkanlardan istifadə edərək kəlağayını dünya moda sərgilərində, beynəlxalq incəsənət festivallarında və mədəniyyət tədbirlərində daha geniş təqdim edə, xarici dizaynerlərlə birgə layihələr həyata keçirə bilərik. Onun Azərbaycan mənşəyinin, orijinallığının qorunması və vahid milli-mədəni brend kimi mövqeyinin gücləndirilməsi də mühüm istiqamətlərdən biri olmalıdır.İstərdim ki, gələcək nəsillər kəlağayını yalnız muzeylərdə nümayiş etdirilən tarixi eksponat kimi deyil, sevərək istifadə etdikləri, qürurla daşıdıqları milli dəyər kimi tanısınlar. Çünki kəlağayını yaşatmaq xalqımızın yaddaşını, zövqünü və milli kimliyini yaşatmaq deməkdir.
Turan Etibaroğlu
19:58 / 26 Noyabr 2026
128
19:46 / 26 Noyabr 2026
68
19:30 / 26 Noyabr 2026
91
19:23 / 26 Noyabr 2026
136
19:13 / 26 Noyabr 2026
87
19:05 / 26 Noyabr 2026
151
18:59 / 26 Noyabr 2026
84
18:56 / 26 Noyabr 2026
104
18:48 / 26 Noyabr 2026
112
18:42 / 26 Noyabr 2026
112
18:39 / 26 Noyabr 2026
148
18:29 / 26 Noyabr 2026
122
18:26 / 26 Noyabr 2026
122
18:17 / 26 Noyabr 2026
101
18:08 / 26 Noyabr 2026
113
18:02 / 26 Noyabr 2026
117
17:33 / 26 Noyabr 2026
1103
17:07 / 26 Noyabr 2026
143
17:05 / 26 Noyabr 2026
139
17:00 / 26 Noyabr 2026
142
16:55 / 26 Noyabr 2026
133
16:40 / 26 Noyabr 2026
463
16:38 / 26 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.