Bakı Şəhər İcra Hakimiyyəti XƏBƏRDARLIQ ETDİ
26 Noyabr 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
129
26.11.2026, 10:00
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində yeni təyinat baş tutub.
Oxu24.com bildirir ki, müvafiq əmrlə İsgəndərli Əminə Rahib qızı Baş İdarənin Transfer qiymətlərinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
O, bu vəzifəyə qədər 2025-ci ilin dekabrından həmin şöbədə baş dövlət vergi müfəttişi kimi çalışıb. 2022-ci ilin sentyabrından 2025-ci ilin noyabrınadək isə Milli Gəlirlər Baş İdarəsində vergi auditoru olub və xüsusi vergi rejimli müəssisələrin auditini həyata keçirib.
O, 2019-cu ilin martından 2022-ci ilin avqustunadək Bakı şəhəri üzrə Operativ vergi nəzarətinin və uçotun təşkili baş idarəsinin vergi ödəyicilərinə xidmət mərkəzində çalışıb. Həmin dövrdə əvvəlcə dövlət vergi müfəttişi, 2021-ci ilin iyunundan isə baş dövlət vergi müfəttişi vəzifəsini tutub.
Əminə İsgəndərli əmək fəaliyyətinə özəl sektorda başlayıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin martınadək “Nexia Azerbaijan” şirkətində kiçik vergi məsləhətçisi, həmin ilin fevral-iyun aylarında “Grant Thornton Azerbaijan” şirkətində audit üzrə təcrübəçi olub. 2017-ci ilin aprelindən iyulunadək “AzSIĞORTA” ASC-də Biznesin İnkişafı departamentində təcrübə keçib. 2016-cı ilin avqust-sentyabr aylarında isə Azərbaycan Sənaye Sığorta Şirkətində mühasibatlıq üzrə təcrübəçi kimi fəaliyyət göstərib./yurdmedia
11:30 / 26 Noyabr 2026
43
11:28 / 26 Noyabr 2026
53
11:09 / 26 Noyabr 2026
74
10:47 / 26 Noyabr 2026
91
10:44 / 26 Noyabr 2026
77
10:34 / 26 Noyabr 2026
87
10:30 / 26 Noyabr 2026
95
10:15 / 26 Noyabr 2026
102
10:10 / 26 Noyabr 2026
121
10:05 / 26 Noyabr 2026
106
09:55 / 26 Noyabr 2026
102
09:45 / 26 Noyabr 2026
127
09:27 / 26 Noyabr 2026
120
09:22 / 26 Noyabr 2026
1020
09:10 / 26 Noyabr 2026
177
09:08 / 26 Noyabr 2026
125
09:07 / 26 Noyabr 2026
108
09:04 / 26 Noyabr 2026
120
02:09 / 26 Noyabr 2026
226
01:29 / 26 Noyabr 2026
210
01:13 / 26 Noyabr 2026
223
00:47 / 26 Noyabr 2026
226
00:33 / 26 Noyabr 2026
208
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.