Elçin Quliyev onları təltif etdi -FOTOLAR
26 Noyabr 2026, 16:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
65
26.11.2026, 16:01
Azərbaycanda ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq prosesi çərçivəsində mühüm addımlar atılır. Belə ki, noyabrın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 14 iqtisadi zonası üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün xüsusi təlimlərə başlanılıb. Bu yenilik ölkədə aparılan statistik araşdırmaların müasir standartlara uyğunlaşdırılmasına və rəqəmsallaşdırılmasına xidmət edir. Elektron uçot sisteminə keçid həm məlumatların toplanması prosesini sürətləndirəcək, həm də mövcud sosial-iqtisadi göstəricilərin daha şəffaf formalaşmasına zəmin yaradacaq. Eyni zamanda, toplanan məlumatların təhlükəsizliyi və vətəndaşların fərdi məlumatlarının qorunması məsələsi də aktuallığını qoruyur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən İT eksperti Elvin Abbasov sistemin üstünlüklərindən və tətbiq edilməli olan təhlükəsizlik mexanizmlərindən danışıb:
"Ev təsərrüfatlarının uçotunun elektron formata keçirilməsi kağız üzərindəki mexaniki xətaları aradan qaldıraraq məlumatların birbaşa mərkəzi bazaya ötürülməsinə, yerindəcə yoxlanılmasına və statistik bazanın operativliyinə imkan verir. Bu proses həm vaxt və maliyyə itkisini azaldır, həm də ölkə üzrə demoqrafik və sosial-iqtisadi vəziyyətin real mənzərəsini ani olaraq görməyə şərait yaradır”.
Ekspert qeyd edib ki, toplanan dəqiq informasiya ünvanlı sosial yardımların obyektiv təyin edilməsində, həssas qrupların müəyyənləşdirilməsində və regionların işçi qüvvəsi potensialına uyğun məşğulluq proqramlarının hazırlanmasında əsas analitik baza rolunu oynayacaqdır. Həmçinin yaşayış məntəqələrinin infrastruktur və rəqəmsal şəbəkə ehtiyaclarının real tələbat əsasında planlaşdırılmasını təmin edəcəkdir.
Elvin Abbasovun sözlərinə görə, məxfiliyin qorunması üçün sahə işçilərinin cihazlarındakı məlumatlar şifrələnmiş kanallarla birbaşa qorunan serverlərə ötürülüb cihazdan silinməli, mərkəzi bazada isə fərdi identifikasiya məlumatları (ad, FİN kod) statistik göstəricilərdən ayrılaraq anonimləşdirilməlidir. Sistemə giriş yalnız çoxfaktorlu autentifikasiya və ciddi səlahiyyət bölgüsü əsasında tənzimlənməlidir.
Çimnaz Telmanqızı
16:15 / 26 Noyabr 2026
26
16:08 / 26 Noyabr 2026
56
15:58 / 26 Noyabr 2026
73
15:49 / 26 Noyabr 2026
76
15:44 / 26 Noyabr 2026
74
15:40 / 26 Noyabr 2026
79
15:34 / 26 Noyabr 2026
91
15:27 / 26 Noyabr 2026
97
15:15 / 26 Noyabr 2026
546
15:10 / 26 Noyabr 2026
109
15:09 / 26 Noyabr 2026
103
15:01 / 26 Noyabr 2026
98
14:54 / 26 Noyabr 2026
109
14:50 / 26 Noyabr 2026
99
14:45 / 26 Noyabr 2026
113
14:30 / 26 Noyabr 2026
557
14:28 / 26 Noyabr 2026
133
14:25 / 26 Noyabr 2026
127
14:21 / 26 Noyabr 2026
106
14:13 / 26 Noyabr 2026
121
14:11 / 26 Noyabr 2026
139
13:55 / 26 Noyabr 2026
192
13:54 / 26 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.