Qaynar xətt:

(+99450) 247 90 86

Dünənki oyunda ölən azarkeşlə bağlı YENİ FAKTLAR

Dünənki oyunda ölən azarkeşlə bağlı YENİ FAKTLAR

CƏMİYYƏT

49

26.11.2026, 15:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sabah” – “Barselona” oyununda ölən rusiyalı azarkeşlə bağlı yeni detallar bəlli olub.

Oxu24.com  oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı rusiyalı azarkeş Anton Aleksandroviç Petrişşev UEFA Çempionlar Liqasının (ÇL) sözügedən oyununu izləmək üçün Azərbaycana səfər edib.

“Matç zamanı halı pisləşən azarkeş huşunu itirərək tribunada yıxılıb. Ətrafdakıların çağırışı ilə həkimlər gəlsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə ürək çatışmazlığı səbəb olub. Ölən şəxs əslən Krasnoyarsk diyarının İqarka şəhərindən olsa da, son bir neçə ili Moskvada yaşayıb.

O, layihələndirmə və tikinti şirkətinin baş direktoru vəzifəsində çalışıb, həmçinin daşınmaz əmlakın icarəsi ilə məşğul olub. İki uşaq atası olan Anton tez-tez Maldiv adalarında dincəlirmiş. O, əsasən “Lokomotiv Moskva” klubuna azarkeşlik edib. Ölümündən bir neçə gün əvvəl, yəni noyabrın 23-də Petrişşev 39 yaşını qeyd edib”, – deyə materialda bildirilib.