Marqus Tsaxna Azərbaycana gəlir
26 Noyabr 2026, 18:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
63
26.11.2026, 18:29
İtaliyanın Baş naziri Giorgia Meloni Rusiya-Ukrayna müharibəsinin Aralıq dənizi regionuna yayılmasına yol verilməməli olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, İtaliyanın “ANSA” xəbər agentliyi bu barədə məlumat yayıb.
Meloni noyabrın 26-da Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti çərçivəsində jurnalistlərə açıqlamasında müharibənin coğrafi baxımdan genişlənməsinin qəbuledilməz olduğunu vurğulayıb.
“Hesab edirəm ki, müharibə Aralıq dənizinə yayılmamalıdır və yayıla bilməz. Bu məsələdə mövqeyimiz tam aydın olmalıdır. Son günlərdə olduğu kimi, ukraynalı dostlarımıza və tərəfdaşlarımıza bunu açıq şəkildə bildirməliyik”, – deyə o qeyd edib.
Baş nazir İtaliyanın Ukraynaya dəstəyini davam etdirdiyini, lakin münaqişənin yeni bölgələrə yayılmasının qarşısının alınmasını vacib saydığını bildirib.
Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə də bu məsələni açıq şəkildə müzakirə etmək niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, açıqlama noyabrın 22-də Ukraynanın Liviyanın Benqazi şəhəri yaxınlığında Rusiya hərbi gəmisinə hücumundan sonra səsləndirilib. İtaliya tərəfi münaqişənin Aralıq dənizinə yayılmasının regionda sabitliyə təhlükə yarada biləcəyindən narahatdır.Crossmedia.az
18:42 / 26 Noyabr 2026
18
18:39 / 26 Noyabr 2026
55
18:26 / 26 Noyabr 2026
61
18:17 / 26 Noyabr 2026
68
18:08 / 26 Noyabr 2026
79
18:02 / 26 Noyabr 2026
78
17:33 / 26 Noyabr 2026
872
17:07 / 26 Noyabr 2026
117
17:05 / 26 Noyabr 2026
104
17:00 / 26 Noyabr 2026
114
16:55 / 26 Noyabr 2026
108
16:40 / 26 Noyabr 2026
371
16:38 / 26 Noyabr 2026
120
16:23 / 26 Noyabr 2026
158
16:15 / 26 Noyabr 2026
139
16:08 / 26 Noyabr 2026
125
16:01 / 26 Noyabr 2026
128
15:58 / 26 Noyabr 2026
141
15:49 / 26 Noyabr 2026
121
15:44 / 26 Noyabr 2026
121
15:40 / 26 Noyabr 2026
127
15:34 / 26 Noyabr 2026
137
15:27 / 26 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.