Ev təsərrüfatlarının elektron uçotu nəyi dəyişəcək? – EKSPERT AÇIQLADI
26 Noyabr 2026, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
59
26.11.2026, 16:08
Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni mərhələnin əsasını qoyduğunu bildiriblər.
Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan, dövlət sərhədlərimizin bərpası uğrunda göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq nümunələrindən bəhs edilib, işğaldan azad olunmuş ərazilərdə sərhəd mühafizəsinin təşkili istiqamətində görülən genişmiqyaslı işlər diqqətə çatdırılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev doğma torpaqlarımızın keşiyində dayanmağın, şəhidlərimizin müqəddəs amallarına sadiq qalmağın və dövlət sərhədlərimizin toxunulmazlığını təmin etməyin hər bir sərhədçinin müqəddəs vəzifəsi olduğunu xüsusi vurğulayıb.
Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayraqlarını hərbi hissələrin rəhbərlərinə təqdim edib.
Döyüş Bayrağının hərbi kollektivin birliyini, döyüş ənənələrini və Vətən qarşısındakı məsuliyyətini təcəssüm etdirdiyi qeyd olunub, diviziyanın şəxsi heyətinin bu müqəddəs rəmzi daim uca tutacağına, xidməti-döyüş tapşırıqlarını əzmlə və şərəflə yerinə yetirəcəyinə əminlik ifadə edilib.
16:15 / 26 Noyabr 2026
26
16:01 / 26 Noyabr 2026
64
15:58 / 26 Noyabr 2026
73
15:49 / 26 Noyabr 2026
76
15:44 / 26 Noyabr 2026
74
15:40 / 26 Noyabr 2026
79
15:34 / 26 Noyabr 2026
91
15:27 / 26 Noyabr 2026
97
15:15 / 26 Noyabr 2026
546
15:10 / 26 Noyabr 2026
109
15:09 / 26 Noyabr 2026
103
15:01 / 26 Noyabr 2026
98
14:54 / 26 Noyabr 2026
109
14:50 / 26 Noyabr 2026
99
14:45 / 26 Noyabr 2026
113
14:30 / 26 Noyabr 2026
557
14:28 / 26 Noyabr 2026
133
14:25 / 26 Noyabr 2026
127
14:21 / 26 Noyabr 2026
106
14:13 / 26 Noyabr 2026
121
14:11 / 26 Noyabr 2026
139
13:55 / 26 Noyabr 2026
192
13:54 / 26 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.