Yarım milyon manatı vergidən yayındırma faktı üzrə məhkəmə başlayıb
11 Noyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
572
08.05.2026, 11:47
Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub.
İş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.
Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.
Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.
Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
23:52 / 11 Noyabr 2026
1
23:50 / 11 Noyabr 2026
80
23:45 / 11 Noyabr 2026
190
23:28 / 11 Noyabr 2026
56
23:24 / 11 Noyabr 2026
58
23:18 / 11 Noyabr 2026
79
23:09 / 11 Noyabr 2026
79
23:03 / 11 Noyabr 2026
64
23:01 / 11 Noyabr 2026
101
22:55 / 11 Noyabr 2026
80
22:38 / 11 Noyabr 2026
142
22:31 / 11 Noyabr 2026
96
22:26 / 11 Noyabr 2026
6040
22:22 / 11 Noyabr 2026
102
22:20 / 11 Noyabr 2026
98
22:15 / 11 Noyabr 2026
1136
22:11 / 11 Noyabr 2026
93
22:07 / 11 Noyabr 2026
109
22:06 / 11 Noyabr 2026
99
21:59 / 11 Noyabr 2026
145
21:45 / 11 Noyabr 2026
104
21:14 / 11 Noyabr 2026
970
21:08 / 11 Noyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.