Ermənistanda general vəzifəsindən azad edildi
26 Noyabr 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
299
08.05.2024, 16:14
Xocalı qatili, Qarabağdan qovulmuş qondarma “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da Ermənistanda hakimiyyət əleyninə keçirilən etiraz aksiyalarına qoşulub.
Modern.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında deyilir.
Balasanyanın etirazçılara rəhbərlik edən keçiş Baqrat Qalstanyanı dəstəklədiyi bildirilir.
“Biz vətən əsgərləri olaraq bəyan edirik ki, “Vətən üçün Tavuş” hərəkatını dəstəkləməklə yanaşı, həm də hərəkatın sıralarında dayanırıq”, - deyə Vitali Balasanyan Qarabağda döyüşmüş bir qrup keçmiş hərbçi ilə birgə bəyanata imza atıb.
Balasanyan və digərləri Ermənistan ictimaiyyətini mayın 9-da İrəvanın Respublika meydanına gələrək ümumxalq hərəkatının iştirakçısı olmağa çağırıblar.
Onlar Ermənistanın güc strukturlarından yaranmış vəziyyəti düzgün qiymətləndirməyi, hərəkata arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Erməni Apostol Kilsəsinin başçılıq etdiyini xatırlamağı tələb ediblər.
Qeyd edək ki, Vitali Balasanyan Ermənistanın “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “Artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. O, separatçıların qondarma “prezident” seçkilərində də iştirak edib, ancaq məğlub olub.
V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb.
Xocalı soyqırımının törədilməsində iştirak edib. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub.
Vitali Balasanyan 2023-cü il sentyabrın 28-də Xankəndidən qaçaraq Həkəri körpüsü istiqamətinə yollanıb.
Ancaq Həkəri keçid məntəqəsindəki Azərbaycan hərbçiləri Balasanyanın hərəkət istiqamətindən xəbər tutublar. Buna görə də “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” maşından düşərək dağ yolları ilə qaçmağa məcbur olub. İddiaya görə, o, gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.
Daha sonra Vitali Balasanyan Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən sorğuya cəlb olunub. Baş naziri Nikol Paşinyanla dolayı yollarla əlaqəyə girən Xocalı qatili hakimiyyətin dəyişdirilməsi prosesində və ya siyasi proseslərdə iştirak etmək fikrində olmadığını bildirib.
Balasanyan Paşinyana söz verib ki, “Artsax erməniləri” hansısa status və zəmanətlə Qarabağa qayıdana qədər o, Ermənistanda sakitcə gözləyəcək. Daha sonra o, Paşinyana yalvararaq sakit buraxılmağını xahiş edib.
Bu söhbətdən sonra Balasanyan və onun qohumları sorğu prosesini həyata keçirən orqana dəvət olunmayıb.
Ancaq indi etirazçılara qoşulduğunu bəyan edən V.Balasanyan xain xislətini bir daha nümayiş etdirib.
20:31 / 26 Noyabr 2026
7
20:26 / 26 Noyabr 2026
45
20:22 / 26 Noyabr 2026
33
20:09 / 26 Noyabr 2026
51
20:02 / 26 Noyabr 2026
76
19:58 / 26 Noyabr 2026
370
19:46 / 26 Noyabr 2026
89
19:30 / 26 Noyabr 2026
104
19:23 / 26 Noyabr 2026
148
19:13 / 26 Noyabr 2026
101
19:05 / 26 Noyabr 2026
179
18:59 / 26 Noyabr 2026
94
18:56 / 26 Noyabr 2026
118
18:48 / 26 Noyabr 2026
125
18:42 / 26 Noyabr 2026
124
18:39 / 26 Noyabr 2026
165
18:29 / 26 Noyabr 2026
130
18:26 / 26 Noyabr 2026
131
18:17 / 26 Noyabr 2026
111
18:08 / 26 Noyabr 2026
121
18:02 / 26 Noyabr 2026
125
17:33 / 26 Noyabr 2026
1152
17:07 / 26 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.