Bakıda ikimərtəbəli yaşayış evində yanğın olub
26 Noyabr 2026, 20:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
355
08.05.2024, 14:34
Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə qərar qəbul edib.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında sabiq generalın cinayət işi üzrə müsadirə olunmuş əmlaklarının bir qisminin geri qaytarılması ilə bağlı məhkəmə qərarından verilən kassasiya protesti təmin edilməyib.
Qeyd edək ki, sabiq general M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar.
İttihamda bildirilib ki, M.Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib.
Onların barəsində Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələr ilə cinayət işi açılıb.
Cinayət işi üzrə 32 zərərçəkmiş şəxs kimi tanınıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakları dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.
20:38 / 26 Noyabr 2026
16
20:31 / 26 Noyabr 2026
33
20:26 / 26 Noyabr 2026
87
20:22 / 26 Noyabr 2026
40
20:09 / 26 Noyabr 2026
56
20:02 / 26 Noyabr 2026
80
19:58 / 26 Noyabr 2026
405
19:46 / 26 Noyabr 2026
93
19:30 / 26 Noyabr 2026
106
19:23 / 26 Noyabr 2026
152
19:13 / 26 Noyabr 2026
102
19:05 / 26 Noyabr 2026
188
18:59 / 26 Noyabr 2026
95
18:56 / 26 Noyabr 2026
121
18:48 / 26 Noyabr 2026
127
18:42 / 26 Noyabr 2026
127
18:39 / 26 Noyabr 2026
167
18:29 / 26 Noyabr 2026
132
18:26 / 26 Noyabr 2026
133
18:17 / 26 Noyabr 2026
113
18:08 / 26 Noyabr 2026
122
18:02 / 26 Noyabr 2026
126
17:33 / 26 Noyabr 2026
1168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.