Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
580
22.05.2026, 11:43
Kanadada mövcud olan rifah və yüksək həyat standartlarına baxmayaraq hamı bundan eyni dərəcədə faydalanmır.
"Report" xəbər verir ki, bunu Kanada hökumətinin Hökumətlərarası və xarici tərəfdaşlıq şöbəsinin baş direktoru Çeri Reddin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərcivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada çıxışı zamanı deyib.
O qeyd edib ki, yerli xalq demək olar, bütün sosial-iqtisadi göstəricilər üzrə əsas Kanada əhalisindən geri qalırlar:
"Onlar adekvat mənzil əldə etməkdə sistemli maneələrlə üzləşirlər. Yerli xalqların pis yaşayış şəraitində yaşamaq ehtimalı 50 % daha yüksəkdir və onlar yerli olmayan kanadalılarla müqayisədə altı dəfə daha çox evsizlik riski ilə qarşılaşırlar. Çox vaxt onlar həddindən artıq sıx məskunlaşma, təmir və yenilənməyə ehtiyacı olan evlər, yenilənməmiş su sistemləri, mənzil infrastrukturunda ciddi çatışmazlıqlarla üzləşirlər.
Bu problemlər Kanadada yaşayışın bahalaşması, sərt iqlim, iqlim dəyişikliyinin təsirləri, uyğun torpaq və infrastruktur çatışmazlığı, yüksək tikinti xərcləri, uzaq və təcrid olunmuş bölgələrdə yerləşmə səbəbindən işçi qüvvəsi və materiallara məhdud çıxış, həmçinin mənzil və maliyyə sahəsində maneələr yaratmış tarixi dövlət siyasətləri ilə əlaqədardır".
Çeri Reddin bildirib ki, Kanada kontekstində "yerli xalqlar" dedikdə üç fərqli yerli xalq nəzərdə tutulur:
"First Nations, Inuit və Métis xalqları. Bu xalqlar arasında, eləcə də Kanadanın müxtəlif bölgələrində onların öz daxilində böyük müxtəliflik mövcuddur. Onların fərqli mədəniyyətləri, ənənələri və qarşılaşdıqları fərqli çətinliklər var. Son 10 ildə hökumətimiz yerli xalqlarla münasibətləri prioritet hesab edir. Biz yerli xalqlarla millətdən-millətə münasibətlərin inkişafına üstünlük veririk və barışıq ruhunda irəliləməyə, müstəmləkəçilik siyasətləri nəticəsində yaranmış tarixi ədalətsizlikləri aradan qaldırmağa çalışırıq. Son onillik ərzində bir sıra dəyişikliklərin şahidi olmuşuq".
15:31 / 11 Noyabr 2026
1
15:27 / 11 Noyabr 2026
29
15:13 / 11 Noyabr 2026
56
15:07 / 11 Noyabr 2026
84
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
130
14:39 / 11 Noyabr 2026
128
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
209
14:13 / 11 Noyabr 2026
601
13:58 / 11 Noyabr 2026
262
13:54 / 11 Noyabr 2026
504
13:48 / 11 Noyabr 2026
144
13:44 / 11 Noyabr 2026
192
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
252
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
172
12:54 / 11 Noyabr 2026
178
12:48 / 11 Noyabr 2026
132
12:44 / 11 Noyabr 2026
206
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.