286 nömrəli məktəbdə xəsarət alan şagirdlə bağlı AÇIQLAMA
13 Noyabr 2026, 22:13
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
988
27.05.2026, 16:41
Bakıda keçirilən Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) yekunları Azərbaycan Niderlanddakı səfirliyinin 28 may Müstəqillik Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda təqdim olunub.
Oxu24.com səfirliyə istinadən xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin və parlamentinin nümayəndələri, beynəlxalq təşkilatların, diplomatik korpusun, iş və elmi dairələrin, medianın, dini icmaların, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Diplomatik nümayəndəliyin rəhbəri Məmməd Əhmədzadə çıxışında Azərbaycanın regional lider mövqeyini möhkəmləndirdiyini və beynəlxalq arenada artan nüfuza malik orta dövlət kimi yer tutduğunu bəyan edib. O, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını qeyd edib.
Bundan əlavə, səfir Azərbaycan və Niderland arasında siyasi dialoqların inkişafına, görüşlərin və qarşılıqlı səfərlərin sayının artmasına, ticarət-iqtisadi əlaqələrin və humanitar mübadilələrin genişlənməsinə diqqət çəkib.
Əhmədzadə, həmçinin WUF13-ün Bakıda uğurla keçirildiyini vurğulayıb və bu forumda Niderland nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.
Səfir, eyni zamanda, Niderlandda keçirilən tədbirlərdə Azərbaycan bayrağının nümayiş etdirilməsini dostluq münasibətlərinin təzahürü adlandırıb.
Niderland XİN-in Avropa üzrə direktoru Erik Veststrate çıxışında Azərbaycanı Niderlandın mühüm tərəfdaşı adlandırıb.
O, həmçinin Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyəsinə göstərilən köməyə görə Niderland xarici işlər naziri adından Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Daha sonra WUF13-ə həsr olunmuş videoprezentasiya təqdim olunub.
22:18 / 13 Noyabr 2026
54
22:13 / 13 Noyabr 2026
60
22:03 / 13 Noyabr 2026
80
21:43 / 13 Noyabr 2026
593
21:36 / 13 Noyabr 2026
79
21:29 / 13 Noyabr 2026
103
21:24 / 13 Noyabr 2026
75
21:03 / 13 Noyabr 2026
91
20:58 / 13 Noyabr 2026
97
20:50 / 13 Noyabr 2026
1016
20:41 / 13 Noyabr 2026
126
20:37 / 13 Noyabr 2026
98
20:35 / 13 Noyabr 2026
83
20:20 / 13 Noyabr 2026
103
20:09 / 13 Noyabr 2026
335
20:06 / 13 Noyabr 2026
97
20:05 / 13 Noyabr 2026
99
19:58 / 13 Noyabr 2026
332
19:53 / 13 Noyabr 2026
226
19:41 / 13 Noyabr 2026
131
19:38 / 13 Noyabr 2026
777
19:35 / 13 Noyabr 2026
117
19:30 / 13 Noyabr 2026
385
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.