Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
468
14.05.2026, 11:38
Bakıda 17-22 may tarixində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq.
Bu barədə Oxu24.com-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edilib ki, Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.
Azərbaycanın Sədrliyi altında mayın 17-də keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək Yeni Şəhərsalma Proqramının icrasını nəzərdən keçirəcək və 2036-cı ilə qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər. WUF13-ün "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna uyğun olaraq, bu müzakirələrdə inklüzivliyə, davamlılığa və dayanıqlı şəhər inkişafına təkan verən əsas faktor kimi mənzil təminatı məsələsinə xüsusi diqqət yetiriləcək.
Qlobal qiymətləndirmə və yeni siyasi impuls
Nazirlər görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni zamanda, sözügedən görüş 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli icmal ərəfəsində siyasi dinamikanın artırılmasına da öz töhfəsini verəcəkdir.
İştirakçılar mənzil təminatının üç əsas istiqamət – sosial inklüzivlik və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanlar, eləcə də ekoloji dayanıqlılıq və iqlimə davamlılıq üzrə əsas təkanverici rolunu müzakirə edəcək və əldə edilmiş nəticələri, habelə milli yanaşmaları və növbəti mərhələ üçün prioritetləri nəzərdən keçirəcəklər.
Yüksək səviyyəli dialoq və tematik panellər
Tədbir Azərbaycan Hökuməti, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT nümayəndələrinin iştirakı ilə təşkil olunacaq yüksək səviyyəli dialoqla başlayacaq. Bunun ardınca nazirlər tərəfindən üzv dövlətlərin milli nailiyyətlərini və prioritet istiqamətlərini əks etdirən bəyanatlar səsləndiriləcək.
Günün ikinci yarısında aşağıdakı mövzular üzrə üç tematik panel keçiriləcək:
Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı
Urbanistik rifah və hər kəs üçün imkanlar naminə mənzil təminatı
Ekoloji cəhətdən dayanıqlı və iqlimədavamlı şəhərsalma üçün mənzil təminatı.
Bu sessiyalar mövzu üzrə həm praktiki yanaşmalar, həm də həll yolları ilə bölüşmək üçün hökumətləri, BMT qurumlarını, vətəndaş cəmiyyətini və yerli idarəetmə orqanlarını bir araya gətirəcək.
Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatacaq. Əsas tövsiyələri əks etdirməklə yanaşı, bu sənəd qlobal səviyyədə hesabat vermə proseslərinə, eləcə də WUF13-ün yekun sənədlərinə, o cümlədən Bakı Fəaliyyətə Çağırış sənədinə töhfə verəcək.
WUF13-ün əhatəli proqramının tərkib hissəsi kimi nazirlər görüşü dayanıqlı urbanizasiya üzrə işlərin gedişatını sürətləndirmək üçün dövlət siyasətini yerli səviyyədə icra ilə uyğunlaşdırmaqla tədbirin dialoq, tərəfdaşlıq və fəaliyyət üçün qlobal platforma rolunu gücləndirəcrək.
01:10 / 24 İyun 2026
44
00:59 / 24 İyun 2026
49
00:32 / 24 İyun 2026
295
00:05 / 24 İyun 2026
122
23:43 / 23 İyun 2026
1090
23:38 / 23 İyun 2026
76
23:27 / 23 İyun 2026
227
23:17 / 23 İyun 2026
182
22:53 / 23 İyun 2026
351
22:29 / 23 İyun 2026
89
22:20 / 23 İyun 2026
96
22:08 / 23 İyun 2026
90
21:57 / 23 İyun 2026
80
21:41 / 23 İyun 2026
94
21:34 / 23 İyun 2026
90
21:18 / 23 İyun 2026
97
20:06 / 23 İyun 2026
330
20:05 / 23 İyun 2026
92
20:02 / 23 İyun 2026
101
19:52 / 23 İyun 2026
121
19:34 / 23 İyun 2026
109
19:30 / 23 İyun 2026
93
19:27 / 23 İyun 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.