Prezident dəyişikliyi TƏSDİQLƏDİ
03 Avqust 2026, 13:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1008
14.05.2026, 11:01
Xəbər veridyimizi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Oxu24.com xəbər verir ki, yeni təyinatdan sonra onun kimliyi və fəaliyyəti ictimaiyyətin maraq dairəsinə düşüb.
Ağakərim Səmədzadə ilə bağlı açıq mənbələrdə geniş bioqrafik məlumatlar yer almasa da, onun uzun illər dövlət strukturlarında çalışdığı bildirilir.
Məlumata görə, Ağakərim Səmədzadə əsasən ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.
2015-ci ilin noyabrında Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.
Onun müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışdığı qeyd olunur. Lakin indiyədək mediada aktiv görünmədiyi üçün şəxsi həyatı və karyerası barədə geniş məlumat yayılmayıb.
Ağakərim Səmədzadənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gətirilməsi idarəetmə və iqtisadi nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıya bilər.
Qeyd edək ki, son dövrlər ekologiya sahəsində həyata keçirilən islahatlar, “yaşıl enerji” layihələri və ekoloji nəzarət mexanizmlərinin sərtləşdirilməsi bu sahədə yeni kadr dəyişikliklərini aktuallaşdırıb.
Yeni nazir müavininin qarşıdakı dövrdə hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyi maraqla izlənilir.
14:24 / 03 Avqust 2026
7
14:22 / 03 Avqust 2026
15
14:10 / 03 Avqust 2026
19
13:59 / 03 Avqust 2026
117
13:59 / 03 Avqust 2026
43
13:56 / 03 Avqust 2026
38
13:54 / 03 Avqust 2026
45
13:50 / 03 Avqust 2026
192
13:40 / 03 Avqust 2026
49
13:25 / 03 Avqust 2026
67
13:13 / 03 Avqust 2026
66
13:10 / 03 Avqust 2026
65
12:51 / 03 Avqust 2026
1051
12:50 / 03 Avqust 2026
58
12:44 / 03 Avqust 2026
134
12:41 / 03 Avqust 2026
78
12:30 / 03 Avqust 2026
62
12:27 / 03 Avqust 2026
518
12:26 / 03 Avqust 2026
91
12:19 / 03 Avqust 2026
69
12:15 / 03 Avqust 2026
68
12:13 / 03 Avqust 2026
93
12:08 / 03 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.