Qalxanabənzər vəzdə düyün: Hər zaman xərçəng deyil - Həkim AÇIQLADI
27 İyul 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
80
27.07.2026, 12:59
Müasir dövrdə heç bir əlamət büruzə vermədən inkişaf edən və birdən-birə həyati təhlükə yaradan xəstəliklərin sayı artmaqdadır. Bunların arasında xüsusilə qəfil ölümlərə səbəb olan damar patologiyaları ön sırada dayanır. Beyin qan damarlarında yaranan anevrizmalar insan orqanizmi üçün gözlənilməz və ağır fəsadlar doğuran ciddi problemlərdəndir. Çox vaxt gizli şəkildə irəliləyən bu patologiya gərginlik, stres və ya digər səbəblərdən damarın yırtılması ilə nəticələnə bilir. Damarın yırtılması isə ölümcül beyin qanamalarına və qəfil həyat itkilərinə gətirib çıxarır. Mütəxəssislər bildirirlər ki, vaxtında aparılan müayinələr vasitəsilə bu riskləri öncədən müəyyən etmək mümkündür. Kompüter Tomoqrafiya (KT) və MR angioqrafiya kimi müasir müayinə üsulları xəstəliyi erkən mərhələdə aşkarlamağa imkan verir. Bu cür erkən diaqnostika isə bir çox hallarda insanın həyatını xilas edən ən vacib addımdır.
Mövzu ilə bağlı Oxu24.com-a Diaqnoz Tibb Mərkəzinin Tibb üzrə Fəlsəfə Doktoru, radioloq Aydın Mirzəyev mühüm açıqlamalar verib.
"Beyin anevrizmaları qəfil ölümlərin əsas səbəblərindəndir"
Kompüter Tomoqrafiya (KT) angioqrafiya müayinəsindən keçən pasiyentin görüntülərini təqdim edən radioloq Aydın Mirzəyev bildirib ki, anevrizma beyin qan damarlarında incəlmə və bu incəlməyə bağlı olaraq balon və ya torba şəklində genişlənmə ilə xarakterizə olunur:
"Anevrizmaların əsasən sakkulyar (torbaşəkilli) və fuziform kimi növləri var. Son zamanlar infeksiyalara bağlı olan mikotik anevrizmalardan da istifadə olunur, lakin bunlar nadir rast gəlindiyi üçün daha çox diqqət yetirdiyimiz sakkulyar və fuziform anevrizmalardır”.
Pasiyentin KT angioqrafiya müayinəsini şərh edən həkim, damarlarda müşahidə olunan ciddi dəyişiklikləri diqqətə çatdırıb:
"Müayinə zamanı basilyar arteriya səviyyəsində fuziform anevrizma aşkarlanıb. Lakin bundan da önəmli bir görüntü sağ yuxu arteriyasının kavernoz seqmentində milimetrik ölçüdə sakkulyar anevrizmanın olmasıdır. Bu, gələcəkdə xəstə üçün çox ciddi əhəmiyyət kəsb edən və olduqca təhlükəli bir mənzərədir”.
“Qısa gərginlik və ya stres damarın yırtılmasına səbəb ola bilər”
Mütəxəssisin sözlərinə görə, bu cür anevrizmalar istənilən an böyük fəsadlara yol aça bilər:
"Qısa bir təzyiq, ani gərginlik, stres və ya başqa amillər zamanı bu anevrizmaların yırtılması və ölümcül beyin qanamalarına səbəb olması ehtimalı yüksəkdir. Ətrafımızda tez-tez eşitdiyimiz qəfil ölümlərin ciddi səbəblərindən biri məhz beyin anevrizmasının yırtılmasıdır."
Aydın Mirzəyev sonda vurğulayıb ki, bu kimi əlamətləri və ya ehtimalları KT və ya MR angioqrafiya müayinələri ilə öncədən ortaya qoymaq birbaşa insan həyatını xilas edir.
15:20 / 27 İyul 2026
2
15:17 / 27 İyul 2026
14
14:59 / 27 İyul 2026
26
14:34 / 27 İyul 2026
54
14:28 / 27 İyul 2026
50
14:04 / 27 İyul 2026
71
13:59 / 27 İyul 2026
72
13:55 / 27 İyul 2026
61
13:50 / 27 İyul 2026
76
13:47 / 27 İyul 2026
58
13:40 / 27 İyul 2026
81
13:30 / 27 İyul 2026
82
13:15 / 27 İyul 2026
78
12:45 / 27 İyul 2026
73
12:45 / 27 İyul 2026
83
12:38 / 27 İyul 2026
85
12:30 / 27 İyul 2026
64
12:29 / 27 İyul 2026
72
12:25 / 27 İyul 2026
74
12:21 / 27 İyul 2026
68
12:15 / 27 İyul 2026
77
11:55 / 27 İyul 2026
81
11:52 / 27 İyul 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.