Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
286
27.07.2026, 14:59
Sağlam qidalanma ilə bağlı cəmiyyətdə bir çox yanlış fikirlər mövcuddur. Bəziləri hesab edir ki, sağlam olmaq üçün çörək, makaron və kartof kimi məhsulları tamamilə rasiondan çıxarmaq lazımdır. Halbuki mütəxəssislər bildirirlər ki, əsas məsələ qidaları tam qadağan etmək deyil, onları düzgün miqdarda qəbul etmək və balanslı qidalanma prinsipinə əməl etməkdir. Onkoloq Nigar Rüstəmova oxu24.com-a açıqlamasında sağlam qidalanmanın əsas prinsiplərindən, müalicə dövründə düzgün qida seçiminin əhəmiyyətindən və fiziki aktivliyin insan sağlamlığına təsirindən danışıb.
Onkoloq Nigar Rüstəmovanın sözlərinə görə, sağlam qidalanma zamanı ağ çörək, makaron və kartof kimi məhsulları tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur. Əsas məqsəd onların qəbulunu azaltmaq və gündəlik qida rasionunu balanslı şəkildə qurmaqdır.
"Balanslı qidalanma dedikdə ilk növbədə zülal tərkibli qidalar nəzərdə tutulur. Gündəlik qida rasionunda mütləq yumurta, toyuq əti, balıq və digər protein mənbələri olmalıdır. Xüsusilə müalicə dövründə orqanizmin bərpası və immun sisteminin güclənməsi üçün bu məhsulların qəbulu olduqca vacibdir. Zülalsız sağlam qidalanma mümkün deyil", – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, tərəvəz və göyərtilər də gündəlik qidalanmanın ayrılmaz hissəsi olmalıdır. Onun sözlərinə görə, bu məhsulların tərkibində olan liflər bağırsaqların normal fəaliyyətini təmin edir, həzm prosesini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.
"Nə qədər çox tərəvəz və göyərti qəbul etsək, həzm sistemimiz bir o qədər sağlam işləyəcək. Liflər bağırsaq peristaltikasını normallaşdırır, toksinlərin orqanizmdən xaric olunmasına kömək edir. Eyni zamanda göyərtilərin tərkibində olan vitamin və minerallar qan hüceyrələrinin yaranmasına müsbət təsir göstərir. Buna görə də bu məhsulları gündəlik rasiondan çıxarmaq olmaz", – deyə Nigar Rüstəmova vurğulayıb.
Onkoloq bildirib ki, həzm sisteminin normal fəaliyyəti üçün bəzi bitkilərin də xüsusi əhəmiyyəti var. Bu bitkilər həzm prosesini asanlaşdırır və mədə-bağırsaq traktının fəaliyyətini dəstəkləyir. Buna görə də onların müntəzəm istifadəsi sağlam həyat tərzinin vacib hissəsidir.
Həkim maye qəbulunun da sağlam qidalanmanın əsas şərtlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, gün ərzində kifayət qədər adi su içmək vacibdir. Bundan əlavə, təbii meyvə şirələrindən istifadə etmək olar. Lakin qazlı, rəngləndirici və şəkərlə zəngin enerji içkilərindən, eləcə də süni tərkibli şirələrdən uzaq durmaq tövsiyə edilir.
"Orqanizmin sağlam fəaliyyəti üçün ən vacib şərtlərdən biri kifayət qədər maye qəbuludur. Su maddələr mübadiləsini sürətləndirir, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və orqanizmin normal işləməsinə kömək edir. Ən yaxşı seçim təmiz içməli sudur", – deyə o qeyd edib.
Nigar Rüstəmova sağlam qidalanmanın yalnız düzgün qida seçimi ilə bitmədiyini, fiziki aktivliyin də vacib rol oynadığını vurğulayıb.
"Əgər düzgün qidalanırıqsa, bununla yanaşı hər gün ən azı 20 dəqiqə piyada gəzməyi də həyat tərzinə çevirməliyik. Sadə bir yürüş belə qan dövranını yaxşılaşdırır, həzmi sürətləndirir və ümumi sağlamlığa müsbət təsir göstərir. Əslində sağlam qalmağın resepti çox sadədir. Təəssüf ki, insanlar məhz bu sadə qaydalara əməl etmirlər. Halbuki sağlam həyatın təməli düzgün qidalanmaq, kifayət qədər su içmək və hər gün hərəkətdə olmaqdan başlayır", – deyə onkoloq bildirib.
19:32 / 16 Oktyabr 2026
1
19:26 / 16 Oktyabr 2026
21
19:25 / 16 Oktyabr 2026
33
19:15 / 16 Oktyabr 2026
28
19:12 / 16 Oktyabr 2026
69
19:09 / 16 Oktyabr 2026
42
19:05 / 16 Oktyabr 2026
48
19:00 / 16 Oktyabr 2026
76
18:59 / 16 Oktyabr 2026
53
18:55 / 16 Oktyabr 2026
71
18:51 / 16 Oktyabr 2026
147
18:49 / 16 Oktyabr 2026
57
18:48 / 16 Oktyabr 2026
96
18:42 / 16 Oktyabr 2026
58
18:42 / 16 Oktyabr 2026
77
18:38 / 16 Oktyabr 2026
65
18:37 / 16 Oktyabr 2026
256
18:36 / 16 Oktyabr 2026
59
18:33 / 16 Oktyabr 2026
57
18:33 / 16 Oktyabr 2026
84
18:27 / 16 Oktyabr 2026
73
18:09 / 16 Oktyabr 2026
79
18:01 / 16 Oktyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.