Qaynar xətt:

(+99450) 247 90 86

Arzum999 işi: Yenidən həbs tələbi verilə bilər?  

Arzum999 işi: Yenidən həbs tələbi verilə bilər?  

HÜQUQ

329

27.07.2026, 14:34

Ötən həftə "Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə təqsirləndirilən şəxsin 4 azyaşlı övladının olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alaraq həbs qətimkan tədbirini dəyişib. Bu qərardan sonra ictimaiyyətdə "qarşı tərəf yenidən onun həbs olunmasını tələb edə bilərmi?" sualı geniş müzakirə olunur.

Oxu24.com-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa məhkəməyə müraciət etmək hüququ verir və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz.

Onun sözlərinə görə, istənilən şəxs qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək məhkəməyə müraciət edə və müxtəlif vəsatətlər qaldıra bilər. Bu isə o demək deyil ki, irəli sürülən hər bir tələb mütləq təmin olunacaq.

Vəkil qeyd edib ki, son dövrlərdə xüsusilə rezonans doğuran yol-nəqliyyat hadisələri və digər cinayət işləri üzrə cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bəzən vəkillər və hüquqşünaslar qanunvericiliyə əsaslanaraq hüquqi mövqelərini ifadə etdikdə, zərərçəkmiş və ya təqsirləndirilən tərəfin yaxınları bunu şəxsi münasibət kimi qəbul edirlər. Halbuki hüquqşünasın vəzifəsi emosiyalarla deyil, qanunun tələbləri ilə çıxış etməkdir.

Elvin Əliyev bildirib ki, hüquqi qiymətləndirmə apararkən yalnız məhkəmə materialları, sübutlar və qanun normaları əsas götürülməlidir. Sosial şəbəkələrdə yayılan məlumatlar və ya emosional yanaşmalar hüquqi nəticə hesab edilə bilməz.

Vəkilin sözlərinə görə, rezonans doğuran cinayət işlərini bütün hüquqşünaslar kimi o da izləyir. Həm müdafiə tərəfinin, həm də ittiham tərəfinin qaldırdığı vəsatətlər məhkəmə tərəfindən araşdırılır. Lakin məhkəmənin həmin vəsatətləri təmin edib-etməməsi tamamilə onun səlahiyyətindədir.

O vurğulayıb ki, hər hansı vəsatət rədd edilərsə, məhkəmə bunun səbəbini əsaslandırmağa borcludur.

"Hüquqi dövlət prinsiplərinə görə müdafiə tərəfinin qaldırdığı vəsatət təmin edilmədikdə məhkəmə qərarında bunun hüquqi əsasları göstərilməlidir. Sadəcə "təmin olunmur" demək kifayət etmir. Məhkəmə izah etməlidir ki, vəsatətdə göstərilən halların işin hallarına aidiyyəti yoxdur və ya qanunvericilik baxımından əsaslı hesab edilmir", – deyə vəkil bildirib.

Elvin Əliyev əlavə edib ki, məhkəmələrin qəbul etdiyi bütün qərarların mütləq doğru və dəyişdirilməz olduğunu söyləmək də düzgün deyil.

Onun sözlərinə görə, məhz buna görə apellyasiya instansiyası fəaliyyət göstərir. Birinci instansiya məhkəmələrinin çoxsaylı qərarları Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilir və ya dəyişdirilir. Eyni qaydada Ali Məhkəmə də apellyasiya instansiyasının qərarlarını ləğv edə və ya dəyişə bilir.

Bu baxımdan hər bir məhkəmə qərarı yuxarı instansiyada yenidən hüquqi qiymətləndirilə bilər.

Vəkil bildirib ki, konkret cinayət işi üzrə bütün materiallarla tanış olmadan tərəflərdən hansının tam haqlı və ya haqsız olduğunu söyləmək mümkün deyil.

"Biz yalnız açıq məhkəmə iclaslarında səsləndirilən məlumatları, müdafiə tərəfinin vəsatətlərini və ictimaiyyətə açıqlanan faktları görürük. İş materiallarının tam məzmunu məhkəmənin sərəncamındadır. Buna görə də kənardan qəti hüquqi nəticə çıxarmaq düzgün olmaz", – deyə o qeyd edib.

İlduzə Hacıyeva ilə bağlı verilən ev dustaqlığı qərarından sonra yenidən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verilməsinin mümkün olub-olmamasına gəlincə, vəkil bildirib ki, qanun buna müraciət etmək hüququ verir.

Onun sözlərinə görə, istənilən tərəf qanunvericiliyin nəzərdə tutduğu qaydada yeni vəsatət qaldıra, məhkəməyə müraciət edə və qərardan şikayət verə bilər. Lakin həmin müraciətin təmin edilib-edilməməsi yalnız məhkəmənin təqdim olunan sübutlar və hüquqi əsaslar əsasında verəcəyi qərardan asılıdır.

Elvin Əliyev vurğulayıb ki, cinayət prosesində tərəflərin hüquqları geniş şəkildə qorunur və hər bir şəxs qanunvericiliyin imkan verdiyi bütün instansiyalara müraciət edə bilər.

"Qanunvericilik imkan verirsə, tərəflər Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə, zərurət yarandıqda isə Konstitusiya Məhkəməsinə qədər müraciət edə bilərlər. Hətta ittiham tərəfi hesab edərsə ki, təyin olunmuş cəza yüngüldür, onun daha ağırlaşdırılması ilə bağlı da müvafiq qaydada müraciət etmək hüququna malikdir. Bu hüquq heç kimin əlindən alına və ya məhdudlaşdırıla bilməz. Ancaq son qərarı yenə də yalnız məhkəmə qəbul edir", – deyə vəkil əlavə edib.

Hüquqşünas sonda qeyd edib ki, məhkəmə qərarlarının taleyi yalnız qanuni sübutlar və hüquqi əsaslar əsasında müəyyən edilir və ictimai müzakirələr məhkəmənin qərarını əvəz etmir.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  

19:34 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  

81

0
Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız zəhərlənə bilər  

19:23 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız zəhərlənə bilər  

80

0
Zelenski Azərbaycan əsilli prokuroru təltif edib 

19:12 / 05 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Zelenski Azərbaycan əsilli prokuroru təltif edib 

119

0
Tanınmış memar: "Birmənalı şəkildə tarixi abidələrin üzərində hər hansı kənar müdaxilə qadağandır"

19:00 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tanınmış memar: "Birmənalı şəkildə tarixi abidələrin üzərində hər hansı kənar müdaxilə qadağandır"

290

0
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib

18:53 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib

88

0
Şəhid anası Şuşada qayalara yazı yazanlara etirazını bildirdi:Bu tarixi abidələr bizim qan yaddaşımızdır  

18:46 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəhid anası Şuşada qayalara yazı yazanlara etirazını bildirdi:Bu tarixi abidələr bizim qan yaddaşımızdır  

316

0
Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən Festivalların tanıdılmasıdır

18:43 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən Festivalların tanıdılmasıdır

82

0
DİN açıqlama yaydı: Mustafa Əfəndiyev saxlanılıb

18:31 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

DİN açıqlama yaydı: Mustafa Əfəndiyev saxlanılıb

233

0
Bu məktəblərin fəaliyyəti dayandırılacaq 

18:16 / 05 Sentyabr 2026

QARABAĞ QARABAĞ

Bu məktəblərin fəaliyyəti dayandırılacaq 

98

1
Şuşada qayalara yazı yazma: ehtiramın yanlış ünvanı 

18:16 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayalara yazı yazma: ehtiramın yanlış ünvanı 

87

0
Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO  

18:10 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO  

94

0
Şuşada qayalara yazı yazanlara qarşı tədbir güclənməlidir 

18:08 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayalara yazı yazanlara qarşı tədbir güclənməlidir 

89

0