Tünd kişmiş adamı cavanlaşdırır
16 Oktyabr 2026, 00:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
589
27.07.2026, 11:14
Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə olduğu kimi, peşə təhsili və kadr hazırlığı istiqamətində də əməkdaşlığın genişləndirilməsi üçün vacib addımlar atılır. Tərəflər peşə təhsili müəssisələri arasında təcrübə mübadiləsinin təşviqi, birgə layihələrin həyata keçirilməsi və müasir ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi imkanlarını geniş müzakirə edirlər. Bu çərçivədə əsas məqsədlərdən biri də əmək bazarının sürətlə dəyişən tələblərinə tam cavab verən yenilənmiş təhsil proqramlarının hazırlanmasıdır. Mütəxəssislərin fikrincə, müasir dövrdə rəqəmsallaşma və sənaye transformasiyası peşə təhsili sistemində köklü dəyişikliklərin edilməsini zəruri edir. Bu istiqamətdə həyata keçiriləcək islahatlar gənclərin məşğulluq imkanlarını artırmaqla yanaşı, hər iki ölkənin iqtisadi inkişafına da mühüm töhfə verəcək.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, əmək bazarının sürətli transformasiyası, rəqəmsallaşma və Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda peşə təhsili sisteminin yenidən qurulması üçün 5 ana strateji dəyişikliyə ehtiyac var:
“İllərlə dəyişməyən proqramlardan imtina edilməli, 3-6 aylıq çevik, mikrokredit və modul sistemlərinə keçid təmin olunmalıdır. Bu, məzmunun dinamikliyini şərtləndirəcək. Eyni zamanda, Pakistanın rəqəmsal texnologiyalar və toxuculuq sənayesindəki təcrübəsi əsasında IT, avtomatlaşdırma və logistika sahələrində birgə kurikulumların və müştərək proqramların hazırlanması vacibdir”.
Ekspert tələbələrin vaxtının ən azı 60%-i istehsalatda və real iş mühitində keçməli olduğunu qeyd edib:
“İş yerində öyrənmə nəzəriyyə ilə yanaşı praktiki bilik, bacarıq və vərdişlərin formalaşmasına səbəb olur. Bu prosesdə özəl sektorun payı kəskin şəkildə artmalı, şirkətlər yalnız sifarişçi kimi deyil, proqramların hazırlanması və qiymətləndirilməsində birbaşa iştirakçı olmalıdırlar. Peşə müəllimlərinin hər il müasir peşə təhsili müəssisələrində, o cümlədən Pakistanın aparıcı mərkəzlərində icbari praktiki sənaye stajı keçməsi təmin edilməlidir. Həmçinin istehsalatdan gələn yüksək ixtisaslı mütəxəssislərin peşə mərkəzlərinə cəlb olunması üçün rəqabətqabiliyyətli əməkhaqqı və rəhbərlik mühiti yaradılmalıdır”.
İlqar Orucov vurğulayıb ki, hər bir texniki ixtisasa data analitikası, süni intellekt alətlərindən istifadə, komanda işi və layihə idarəetməsi modulları mütləq əlavə olunmalıdır. Bu, yumşaq bacarıqlarla IT vərdişlərinin birləşməsini və multidissiplinar yanaşmanı təmin edəcək. Bununla yanaşı, yaşıl iqtisadiyyatın qlobal trend olduğunu nəzərə alaraq, alternativ enerji, ekoloji kənd təsərrüfatı və tullantıların idarə olunması üzrə yeni ixtisas standartları tətbiq edilməlidir.
“Proqramlar Pakistanın qabaqcıl qurumlarının standartlarına uyğunlaşdırılmalıdır ki, bu da qlobal tanınmanı sürətləndirəcək. Birgə proqramları bitirən tələbələrə hər iki ölkədə və regional əmək bazarında keçərli olan ikili diplomlar və beynəlxalq sertifikatlar verilməlidir. Bu addım məzunların mobilliyini əhəmiyyətli dərəcədə artıracaq”,- deyə İ.Orucov əlavə edib.
Çimnaz Telmanqızı
00:52 / 16 Oktyabr 2026
66
00:10 / 16 Oktyabr 2026
83
23:39 / 15 Oktyabr 2026
82
23:19 / 15 Oktyabr 2026
98
23:00 / 15 Oktyabr 2026
106
22:40 / 15 Oktyabr 2026
106
22:22 / 15 Oktyabr 2026
99
22:15 / 15 Oktyabr 2026
383
22:10 / 15 Oktyabr 2026
112
22:06 / 15 Oktyabr 2026
115
22:06 / 15 Oktyabr 2026
89
22:06 / 15 Oktyabr 2026
101
21:55 / 15 Oktyabr 2026
119
21:42 / 15 Oktyabr 2026
101
21:23 / 15 Oktyabr 2026
171
21:12 / 15 Oktyabr 2026
120
21:07 / 15 Oktyabr 2026
165
20:56 / 15 Oktyabr 2026
106
20:48 / 15 Oktyabr 2026
115
20:30 / 15 Oktyabr 2026
170
20:21 / 15 Oktyabr 2026
101
20:13 / 15 Oktyabr 2026
97
20:07 / 15 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.