Bakı-Quba yolunda maşın aşdı: ölən var
16 Oktyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
27.07.2026, 13:50
Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb.
Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqlim baxımından normal hal hesab edilə bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlama verib. O, müşahidə olunan güclü küləyin və tozlu hava şəraitinin səbəblərini izah edib:
“Bu günlərdə ölkəmizdə havalar bir qədər istiləşdi və atmosferdə müəyyən boşluqlar yarandı. İsti hava axınları təzyiqin aşağı düşməsinə səbəb oldu. Nəticədə şimaldan gələn hava axınları, səhər saatlarında güclü küləklə müşayiət olunaraq ölkəmizə daxil oldu. Bu hava axınları əsasən şimal-qərb istiqamətindən gəlir. Bakı şəhərində isə hazırda müşahidə olunan tozlu hava kənardan gələn toz deyil. Adətən tozlu hava cənub-şərqdən və şərqdən gələn hava axınları ilə daşınır. Lakin bu dəfə belə deyil”.
Mütəxəssisin sözlərinə əsasən, qeydə alınan tozlu hava məhz tikintilərdən yaranan tozlardır:
“Bu toz, əsasən, Bakı şəhərinin özündə yaranan, Xəzər sahilindən, eləcə də tikinti sahələrindən havaya qalxan tozlardır. Həmin tozlar müəyyən qədər havanın çirklənməsinə səbəb olub. Narahat olmağa ehtiyac yoxdur. Çünki külək uzun müddət davam edə bilməz. Bir neçə gündən sonra hava stabilləşəcək. Tozlu hava şəhər şəraitində normal haldır. Müxtəlif mənbələrdən havaya qalxan toz hissəcikləri olur. Ən vacib məqam ondan ibarətdir ki, şimaldan gələn hava axınları nəticəsində hava sərinləşəcək, gündüz və gecə temperaturu müəyyən qədər aşağı düşəcək. Ən əsası isə cənubdan gələn isti hava axınlarının qarşısının alınması bizdə müəyyən qədər sabit hava şəraiti yaradacaq. 10 gün sonra havanın sərinləşməsi başlayacaq və avqust ayında daha əlverişli hava şəraiti müşahidə olunacaq”.
18:33 / 16 Oktyabr 2026
1
18:33 / 16 Oktyabr 2026
3
18:27 / 16 Oktyabr 2026
29
18:09 / 16 Oktyabr 2026
49
18:01 / 16 Oktyabr 2026
43
17:33 / 16 Oktyabr 2026
56
17:17 / 16 Oktyabr 2026
822
17:16 / 16 Oktyabr 2026
70
16:59 / 16 Oktyabr 2026
671
16:51 / 16 Oktyabr 2026
92
16:34 / 16 Oktyabr 2026
79
16:15 / 16 Oktyabr 2026
1265
16:13 / 16 Oktyabr 2026
88
16:09 / 16 Oktyabr 2026
86
16:01 / 16 Oktyabr 2026
265
15:39 / 16 Oktyabr 2026
252
15:35 / 16 Oktyabr 2026
254
15:29 / 16 Oktyabr 2026
202
15:22 / 16 Oktyabr 2026
345
15:20 / 16 Oktyabr 2026
88
15:10 / 16 Oktyabr 2026
72
15:00 / 16 Oktyabr 2026
79
14:45 / 16 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.