Qürurları ilə seçilən 3 bürc
17 Oktyabr 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
246
27.07.2026, 13:47
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilir, hüquqi şəxslər üç min manatdan dörd min manatadək cərimələnəcək.
Kraudfanding platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.
Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslərə və ya onlar beş yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunacaq.
Kradufandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimələnəcək.
Kradufanding sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
"Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin Qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görəfiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunacaq.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna olunan dəyişikliyə görə, kraudfandinq platformalarının operatorları öhdəlik daşıyan şəxslər siyahısına daxil ediləcək və nəzarət (monitorinq) tədbirlərinə cəlb olunacaqlar.
11:01 / 17 Oktyabr 2026
12
10:59 / 17 Oktyabr 2026
20
10:51 / 17 Oktyabr 2026
32
10:50 / 17 Oktyabr 2026
39
10:13 / 17 Oktyabr 2026
89
10:11 / 17 Oktyabr 2026
53
09:50 / 17 Oktyabr 2026
74
09:18 / 17 Oktyabr 2026
438
09:13 / 17 Oktyabr 2026
127
09:10 / 17 Oktyabr 2026
76
00:27 / 17 Oktyabr 2026
216
00:12 / 17 Oktyabr 2026
89
23:58 / 16 Oktyabr 2026
170
23:49 / 16 Oktyabr 2026
241
23:42 / 16 Oktyabr 2026
146
23:42 / 16 Oktyabr 2026
312
23:29 / 16 Oktyabr 2026
937
23:22 / 16 Oktyabr 2026
87
23:08 / 16 Oktyabr 2026
100
23:06 / 16 Oktyabr 2026
879
23:01 / 16 Oktyabr 2026
108
23:00 / 16 Oktyabr 2026
86
22:55 / 16 Oktyabr 2026
1518
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.