Kök adamlarda bu xəstəlik ola bilər - HƏKİM
25 Sentyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
348
27.07.2026, 15:20
Boyun nahiyəsində yaranan düyünlər insanların ən çox narahatlıq keçirdiyi sağlamlıq problemlərindən biridir. Bir çox hallarda pasiyentlər düyün aşkarlanan kimi onun xərçəng olduğunu düşünür və ciddi təşviş yaşayırlar. Halbuki hər düyün bədxassəli olmur. Mütəxəssislər bildirirlər ki, əsas məsələ düyünün vaxtında peşəkar həkim tərəfindən qiymətləndirilməsi və lazımi müayinələrin aparılmasıdır.
Oxu24.com-a açıqlama verən ümumi cərrah Vüsal Eminov bildirib ki, son dövrlərdə ona ünvanlanan sualların böyük əksəriyyəti məhz qalxanabənzər vəzdə aşkarlanan düyünlərlə bağlı olur.
Həkimin sözlərinə görə, pasiyentlər tez-tez ultrasəs müayinəsinin nəticələrini göndərərək düyünün təhlükəli olub-olmadığını soruşurlar. Lakin yalnız ölçüyə əsasən nəticə çıxarmaq düzgün deyil. Düyünün quruluşu, sərhədləri, daxili xüsusiyyətləri və digər əlamətlər də xüsusi əhəmiyyət daşıyır.
Vüsal Eminov qeyd edib ki, qalxanabənzər vəzdə aşkarlanan düyünlər ultrasəs müayinəsində beynəlxalq TIRADS sistemi üzrə qiymətləndirilir. Bu sistem həkimlərə düyünün bədxassəli olma riskini müəyyən etməyə kömək edir.
"TIRADS 4 kateqoriyası artıq müəyyən şübhə yaradır. Ancaq bu kateqoriyanın da A, B və C alt qrupları mövcuddur. Məsələn, A qrupunda bədxassəli olma ehtimalı təxminən 2-5 faiz, B qrupunda 5-10 faiz arasında dəyişə bilər. Daha yüksək risk isə C qrupunda müşahidə olunur. Buna görə də hər TIRADS 4 nəticəsini eyni qiymətləndirmək olmaz. Ultrasəs müayinəsini aparan mütəxəssis bütün xüsusiyyətləri nəzərə alaraq düzgün qərar verməlidir", – deyə cərrah bildirib.
Onun sözlərinə görə, düyünün ölçüsü də mühüm göstəricilərdən biridir. Əgər düyün 1 santimetrdən böyükdürsə və ultrasəs müayinəsində risk əlamətləri müşahidə olunursa, növbəti mərhələdə incə iynə aspirasiya biopsiyasının aparılması tövsiyə edilir.
Vüsal Eminov bildirib ki, biopsiyanın nəticələri isə Bethesda təsnifatına əsasən qiymətləndirilir. Bu sistem düyünün xoşxassəli və ya bədxassəli olma ehtimalını müəyyənləşdirməyə imkan verir.
"Bethesda sistemində 1, 2 və bəzi hallarda 3-cü kateqoriyaya daxil olan düyünlər adətən müşahidə altında saxlanılır. Lakin Bethesda 4, 5 və xüsusilə 6-cı kateqoriyalar artıq daha ciddi yanaşma tələb edir. Bu hallarda cərrahi müdaxilə gündəmə gəlir və xəstə müvafiq müalicəyə yönləndirilir", – deyə həkim vurğulayıb.
Cərrahın sözlərinə görə, erkən diaqnostika qalxanabənzər vəz xərçənginin uğurlu müalicəsində əsas rol oynayır. Vaxtında aşkarlanan hallarda həm müalicə daha effektiv olur, həm də əməliyyatın həcmi minimuma endirilə bilər.
"Ən vacib məsələ düyünün üzərinə vaxtında düşməkdir. İnsanlar aylarla, bəzən illərlə müayinəni təxirə salırlar. Halbuki erkən mərhələdə diaqnoz qoyularsa, müasir cərrahiyyə üsulları sayəsində bəzi əməliyyatlar boyunda iri kəsik aparılmadan, estetik görünüş qorunmaqla həyata keçirilə bilir. Bu həm xəstənin sağalma müddətini qısaldır, həm də kosmetik baxımdan daha yaxşı nəticə verir", – deyə Vüsal Eminov əlavə edib.
Mütəxəssis sonda bir daha vurğulayıb ki, boyunda və ya qalxanabənzər vəzdə düyün aşkarlanması xərçəng diaqnozu demək deyil. Lakin bu vəziyyət mütləq həkim nəzarəti tələb edir. Vaxtında aparılan ultrasəs müayinəsi, lazım gəldikdə biopsiya və düzgün qiymətləndirmə həm xəstənin sağlamlığının qorunmasına, həm də mümkün risklərin erkən mərhələdə aradan qaldırılmasına imkan verir.
10:16 / 27 Sentyabr 2026
14
10:10 / 27 Sentyabr 2026
33
10:00 / 27 Sentyabr 2026
37
09:50 / 27 Sentyabr 2026
48
09:49 / 27 Sentyabr 2026
38
09:46 / 27 Sentyabr 2026
187
09:31 / 27 Sentyabr 2026
42
09:19 / 27 Sentyabr 2026
50
09:14 / 27 Sentyabr 2026
74
09:09 / 27 Sentyabr 2026
49
08:36 / 27 Sentyabr 2026
63
08:21 / 27 Sentyabr 2026
850
07:53 / 27 Sentyabr 2026
76
07:47 / 27 Sentyabr 2026
68
01:36 / 27 Sentyabr 2026
1290
01:03 / 27 Sentyabr 2026
239
00:54 / 27 Sentyabr 2026
82
00:37 / 27 Sentyabr 2026
1550
00:20 / 27 Sentyabr 2026
90
00:06 / 27 Sentyabr 2026
94
23:58 / 26 Sentyabr 2026
463
23:09 / 26 Sentyabr 2026
113
22:54 / 26 Sentyabr 2026
843
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.