Bu uşaqlar məktəb mövsümündə çox xəstələnirlər - XƏBƏRDARLIQ
28 Sentyabr 2026, 22:51
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
565
21.05.2026, 16:41
Müasir dövrdə ən sürətlə yayılan xəstəliklərdən biri də şəkərli diabetdir. Qeyri-sağlam qidalanma, stress, hərəkətsiz həyat tərzi və artıq çəki səbəbindən bu xəstəlik son illərdə həm gənclər, həm də orta yaşlı insanlar arasında geniş yayılmağa başlayıb. Mütəxəssislər bildirirlər ki, diabet təkcə qanda şəkərin yüksəlməsi deyil, eyni zamanda ürək-damar sistemi, böyrəklər, gözlər və sinir sistemi üçün ciddi təhlükə yaradan xəstəliklərdən biridir.
Mövzu ilə bağlı xalq təbabəti uzmanı və araşdırmaçısı Məhəmməd Mehdi Aslani Oxu24.com-a açıqlamasında bildirib ki, şəkər xəstəliyinin yaranmaması üçün insanların gündəlik həyat tərzində və qidalanma vərdişlərində ciddi dəyişiklik etməsi vacibdir.
Onun sözlərinə görə, artıq çəki diabetin əsas səbəblərindən biridir və insanlar ilk növbədə bədən çəkilərini nəzarətdə saxlamalıdırlar.
“Əgər artıq çəkiniz varsa, mütləq şəkildə çəkinizi normallaşdırmağa çalışın. Çünki artıq piylənmə orqanizmdə insulin müqaviməti yaradır və bu da zamanla şəkər xəstəliyinə gətirib çıxara bilir”, – deyə mütəxəssis bildirib.
Məhəmməd Mehdi Aslani qeyd edib ki, gündəlik qidalanmada şəkər və şəkər tərkibli məhsulların həddindən artıq istifadəsi diabet riskini artırır. O, insanların mümkün qədər təbii qidalara üstünlük verməsini tövsiyə edir.
Araşdırmaçının sözlərinə görə, zavod istehsalı olan hazır məhsullar, qazlı içkilər, fast food yeməkləri və müxtəlif kimyəvi qatqılarla zəngin qidalar orqanizmdə ciddi pozuntular yaradır.
“İnsanlar çalışmalıdır ki, daha çox təbii məhsullardan istifadə etsinlər. Kəpəkli çörək, təbii tərəvəzlər, faydalı yağlar və düzgün qidalanma şəkər xəstəliyindən qorunmaq üçün çox vacibdir”, – deyə o əlavə edib.
Mütəxəssis bildirib ki, ağ un və ağ undan hazırlanan məhsullar da şəkər səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Buna görə bu məhsulların istifadəsi minimuma endirilməlidir.
Məhəmməd Mehdi Aslani yuxu rejiminin də insan sağlamlığında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, gec yatmaq və nizamsız həyat tərzi hormon balansını pozaraq diabet riskini artırır.
“Çalışın ki, gecə saatlarında erkən yatın. Axşam yeməyini də yatmazdan ən azı 3-4 saat əvvəl yeyin. Bu, həm həzm sistemi, həm də maddələr mübadiləsi üçün çox faydalıdır”, – deyə o bildirib.
Araşdırmaçı stress faktorunun da şəkər xəstəliyinə ciddi təsir etdiyini qeyd edib. Onun sözlərinə görə, uzun müddətli psixoloji gərginlik orqanizmdə hormonal dəyişikliklər yaradır və bir çox xroniki xəstəliklərin inkişafına səbəb olur.
“Ən vacib məsələlərdən biri də stressi idarə etməyi öyrənməkdir. İnsan öz əsəblərini kontrol etməyi bacarmalıdır. Çünki stress təkcə diabet deyil, bir çox digər xəstəliklərin də əsas səbəblərindəndir”, – deyə mütəxəssis vurğulayıb.
Məhəmməd Mehdi Aslani fiziki aktivliyin vacibliyinə də diqqət çəkib. O bildirib ki, gündəlik hərəkətlilik və yüngül idman insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.
“İnsan hər gün ən azı yarım saat və ya bir saat sürətli şəkildə gəzməlidir. Orqanizmdə tərləmə yaranmalıdır. Hərəkətsiz həyat tərzi bədəni zəiflədir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”, – deyə o əlavə edib.
Mütəxəssis sonda bildirib ki, sağlam həyat tərzi, düzgün qidalanma, normal yuxu rejimi və stressin idarə olunması şəkər xəstəliyindən qorunmaq üçün əsas şərtlərdən biridir.
Jalə
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
29
23:52 / 28 Sentyabr 2026
39
23:19 / 28 Sentyabr 2026
60
23:06 / 28 Sentyabr 2026
141
23:02 / 28 Sentyabr 2026
1213
22:58 / 28 Sentyabr 2026
59
22:51 / 28 Sentyabr 2026
53
22:40 / 28 Sentyabr 2026
710
22:35 / 28 Sentyabr 2026
201
22:34 / 28 Sentyabr 2026
165
22:28 / 28 Sentyabr 2026
157
22:24 / 28 Sentyabr 2026
70
22:15 / 28 Sentyabr 2026
59
21:56 / 28 Sentyabr 2026
74
21:55 / 28 Sentyabr 2026
89
21:51 / 28 Sentyabr 2026
59
21:48 / 28 Sentyabr 2026
72
21:40 / 28 Sentyabr 2026
2326
21:36 / 28 Sentyabr 2026
63
21:33 / 28 Sentyabr 2026
60
21:31 / 28 Sentyabr 2026
68
21:13 / 28 Sentyabr 2026
134
21:06 / 28 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.