Qaynar xətt:

(+99450) 247 90 86

COVID-19 pandemiyası yeniyetmələri qocaldıb - Araşdırma

COVID-19 pandemiyası yeniyetmələri qocaldıb - Araşdırma

TİBB

64

10.11.2026, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

COVID-19 pandemiyasının yaratdığı stresin bioloji qocalmanı sürətləndirdiyi məlum olub.

 Oxu24.com trend.az-a istinadən  xəbər verir ki , ABŞ Milli Elmlər Akademiyasının Əsərləri (PNAS) jurnalında dərc olunan araşdırmaya görə, Almaniyada 1000-dən çox insan üzərində aparılan təhlil bu təsirin xüsusilə yeniyetmələrdə qabarıq olduğunu göstərib.

Belə ki, 1000-dən çox insanın tüpürcək nümunələri tədqiq edilib.

İştirakçıların pandemiya dövründən əvvəl və sonra götürülmüş nümunələri müqayisə edilərək DNT-də qocalma ilə əlaqəli dəyişikliklər qiymətləndirilib.

Tədqiqatçılar uşaqları, yeniyetmələri və 20-29 yaş arası gəncləri üç ayrı qrupda nəzərdən keçiriblər. 2020-ci ilin martındakı ilk karantindən əvvəl götürülmüş nümunələr 2021-2022-ci illərdə götürülən nümunələrlə müqayisə olunub.

Pandemiya zamanı hiss edilən stres ilə bioloji qocalma arasındakı əlaqə yalnız yeniyetmələrdə aydın şəkildə müşahidə olunub.

Xüsusilə azadlıqlarının məhdudlaşdırılmasından və yaxınlarından ayrı qalmaqdan daha çox təsirlənən yeniyetmələrdə bioloji qocalmanın sürətləndiyinə dair daha güclü sübutlar əldə edilib.

Araşdırmanın aparıcı müəllifi, Münhendəki Maks Plank Psixiatriya İnstitutunun neyrobioloqu Alisiya Şove yeniyetməlik dövrünün stresinin təsirlərinə qarşı xüsusilə həssas ola biləcəyini qeyd edib.

Bu vəziyyətin yeniyetməlikdə bədəndə baş verən dəyişikliklərdən və ya karantin prosesində həmyaşıdları ilə ünsiyyətin məhdudlaşdırılmasının gənclər üzərindəki təsirindən qaynaqlana biləcəyi qiymətləndirilib.

Araşdırmada sürətlənmiş bioloji qocalma ilə əlaqəli digər mühüm amillər arasında yüksək bədən kütlə indeksi və siqaretə məruz qalma yer alıb.

Alimlər pandemiya dövründə hərəkətsiz həyatın və çəki artımının da bioloji qocalma göstəricilərindəki dəyişikliyə təsir etmiş ola biləcəyini bildiriblər.